https://sputnik.az/20211220/qht-lerin-fealiyyeti-haqqinda-qanun-deyisdirilecekmi-437335520.html
QHT-lərin fəaliyyəti haqqında qanun dəyişdiriləcəkmi?
QHT-lərin fəaliyyəti haqqında qanun dəyişdiriləcəkmi?
Sputnik Azərbaycan
Hazırda 13 dövlət orqanı və QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrantlar verir. Lakin, söhbət yalnız maliyyədən getmir, beynəlxalq təcrübənin mənimsənilməsi, ekspert qismində çoxtərəfli təşəbbüslərin iştirakçısı imkanları çox məhdudlaşıb.
2021-12-20T09:30+0400
2021-12-20T09:30+0400
2021-12-20T09:30+0400
qht
cəmiyyət
şura
siyasət
qanunvericilik
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/02/433813682_0:158:3077:1889_1920x0_80_0_0_044e27542e1cd547196ef13b6ae76b7a.jpg
BAKI, 20 dekabr — Sputnik. Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Qrant haqqında" qanunlara və "İnzibati Xətalar Məcəlləsi"nə 8 əlavə, 50-dək düzəliş edib. Həmin dövrdə edilən dəyişikliklər bir çox QHT-lər tərəfindən narazılıqla qarşılanmışdı. Azərbaycanda isə QHT-lər haqqında qanuna dəyişikliklər edilməsi məsələsi yenidən gündəmə gəlib.QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan Açıq Hökumət Platformasının təklifləri əsasında "Konstitusiya" Araşdırmalar Fondu konkret qanun layihələri formasında təklif paketini hökumətə və parlamentə təqdim edib.Zaur İbrahimli bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu məsələləri müzakirə edib və təkliflərini verib:Onun sözlərinə görə, 2014-cü ildən sonra QHT qanunvericiliyinə mərhələ-mərhələ edilən əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin xarici donorlardan qrant alması, xarici donorların ölkəmizdə fəaliyyəti, həmçinin ianələrin yığılması və digər məsələlərlə bağlı məhdudiyyətlər gətirib.O bildirir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən xarici donorların ölkəmizdə fəaliyyəti üçün onlar hökumətlə saziş bağlamalı, qrant vermək hüququ əldə etməli, qrant müsabiqələri ilə əlaqədar məsələləri razılaşdırmalıdır:"QHT-lər xarici donorlar, yaxud istənilən hüquqi və fiziki şəxslə bağladıqları qrant müqavilələrini qeydiyyatdan keçirməlidirlər. Həmçinin, mövcud qaydalara görə Azərbaycanda qeydiyyatdan keçmiş QHT xarici donorla, yaxud hüquqi və fiziki şəxslə xidmət müqaviləsi bağlasa belə, yenə bu xidmət müqaviləsi qeydiyyata alınmalıdır. Bu şərtlər faktiki olaraq xarici donorlara və qrantlara çıxışı məhdudlaşdırır".Onun sözlərinə görə, bu, Azərbaycan vətəndaş cəmiyyəti üçün inkişaf problemləri yaradır:"Biz həm qonşu ölkələrlə rəqabət aparmaqda çətinlik çəkirik, eyni zamanda QHT-lərin beynəlxalq platformalarda rolu və mövqeyi zəifləyir, beynəlxalq əməkdaşlıq imkanları kiçilir, bacarıqlı və uzun illər fəaliyyət göstərən kadrlar sektordan gedir. QHT-lərin bilik və bacarıqları azalır. Azərbaycan hökuməti milli donorlar vasitəsilə QHT-ləri maliyyələşdirməyə çalışır".Müşahidə Şurasının üzvü hesab edir ki, bu vəziyyət Azərbaycanın inkişaf məqsəd və maraqlarına cavab vermir, ölkəmizin parlaq qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonra həyata keçirdiyi xarici siyasətinə uyğun gəlmir:"Azərbaycan vətəndaş cəmiyyəti işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq, minalardan təmizlənmə işlərində potensialından tam istifadə edə bilmir."Azərbaycanın xarici siyasət təşəbbüsləri və milli maraqlarının qorunmasında çətinlik yaranır. Halbuki, məhz indiki mərhələdə QHT-lərin çox böyük dəstəyi ola bilər və vətəndaş cəmiyyətinin rolu vacibdir. Bu baxımdan qanunvericilik məhdudiyyətləri yalnız QHT-lər üçün problem kimi nəzərdən keçirilməməlidir, bundan irəli gələn çətinliklər cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində problemlərin həllinə neqativ təsir göstərir. Bütün bunlar əsas amillərdir və qeyd edilməyən digər vacib səbəblər də var ki, QHT-lərlə bağlı qanunvericilik məhdudiyyətlərinin aradan götürülməsini zəruri edib. QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi, əlverişli hüquqi mühit yaradılmasıyla bağlı addımların atılması 2020-2022-ci illər üçün Açıq Hökumət Milli Fəaliyyət Planında da nəzərdə tutulub", – deyə Zaur İbrahimli qeyd edib.Zaur İbrahimli onu da bildirib ki, Azərbaycan Açıq Hökumət Platformasının təklifləri əsasında "Konstitusiya" Araşdırmalar Fondu da konkret qanun layihələri formasında təklif paketini hökumətə və parlamentə təqdim edib. Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu məsələləri müzakirə edib və təkliflərini verib:"QHT-lərin xarici donor və qrantlara çıxışı asanlaşmalıdır, qeydiyyatı prosedurları sadələşdirilməlidir, ianələrin toplanmasına, QHT-lərə tətbiq olunan cərimələr məsələsinə yenidən baxılmalıdır. QHT-lər üçün əlverişli hüquqi mühitin yaranması əsas məqsəd olmalıdır".Qeyd edək ki, REAL partiyası da Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna təklif etdiyi əlavə və dəyişikliklər paketini Milli Məclisə təqdim edib.Həmçinin oxuyun:QHT-lər dəyişiklik istəyir - Milli Məclisə təkliflər varQHT-lərə Dövlət Dəstəyi Agentliyi ilk qrant müsabiqəsini elan edibPrezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət veribAzərbaycanda məktəblərdə xüsusi idarəetmə qurumu olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/02/433813682_174:0:2903:2047_1920x0_80_0_0_ef38713212d16a42992ba46fc55251a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qht-lərin fəaliyyəti haqqında qanun dəyişdiriləcəkmi?
qht-lərin fəaliyyəti haqqında qanun dəyişdiriləcəkmi?
QHT-lərin fəaliyyəti haqqında qanun dəyişdiriləcəkmi?
Qanunvericiliyinə mərhələ-mərhələ edilən əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin xarici donorlardan qrant alması, həmçinin ianələrin yığılması və digər məsələlərlə bağlı məhdudiyyətlər gətirib.
BAKI, 20 dekabr — Sputnik. Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Qrant haqqında" qanunlara və "İnzibati Xətalar Məcəlləsi"nə 8 əlavə, 50-dək düzəliş edib. Həmin dövrdə edilən dəyişikliklər bir çox QHT-lər tərəfindən narazılıqla qarşılanmışdı. Azərbaycanda isə QHT-lər haqqında qanuna dəyişikliklər edilməsi məsələsi yenidən gündəmə gəlib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü
Zaur İbrahimli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan Açıq Hökumət Platformasının təklifləri əsasında
"Konstitusiya" Araşdırmalar Fondu konkret qanun layihələri formasında təklif paketini hökumətə və parlamentə təqdim edib.
Zaur İbrahimli bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu məsələləri müzakirə edib və təkliflərini verib:
"Ümumi yanaşma bundan ibarətdir ki, QHT-lərin xarici donor və qrantlara çıxışı asanlaşmalıdır, QHT-lərin qeydiyyatı prosedurları sadələşdirilməlidir, ianələrin toplanmasına, QHT-lərə tətbiq olunan cərimələr məsələsinə yenidən baxılmalıdır. QHT-lər üçün əlverişli hüquqi mühit yaranması əsas məqsəd olmalıdır".
Onun sözlərinə görə, 2014-cü ildən sonra QHT qanunvericiliyinə mərhələ-mərhələ edilən əlavə və dəyişikliklər vətəndaş cəmiyyətinin xarici donorlardan qrant alması, xarici donorların ölkəmizdə fəaliyyəti, həmçinin ianələrin yığılması və digər məsələlərlə bağlı məhdudiyyətlər gətirib.
O bildirir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən xarici donorların ölkəmizdə fəaliyyəti üçün onlar hökumətlə saziş bağlamalı, qrant vermək hüququ əldə etməli, qrant müsabiqələri ilə əlaqədar məsələləri razılaşdırmalıdır:
"QHT-lər xarici donorlar, yaxud istənilən hüquqi və fiziki şəxslə bağladıqları qrant müqavilələrini qeydiyyatdan keçirməlidirlər. Həmçinin, mövcud qaydalara görə Azərbaycanda qeydiyyatdan keçmiş QHT xarici donorla, yaxud hüquqi və fiziki şəxslə xidmət müqaviləsi bağlasa belə, yenə bu xidmət müqaviləsi qeydiyyata alınmalıdır. Bu şərtlər faktiki olaraq xarici donorlara və qrantlara çıxışı məhdudlaşdırır".
Onun sözlərinə görə, bu, Azərbaycan vətəndaş cəmiyyəti üçün inkişaf problemləri yaradır:
"Biz həm qonşu ölkələrlə rəqabət aparmaqda çətinlik çəkirik, eyni zamanda QHT-lərin beynəlxalq platformalarda rolu və mövqeyi zəifləyir, beynəlxalq əməkdaşlıq imkanları kiçilir, bacarıqlı və uzun illər fəaliyyət göstərən kadrlar sektordan gedir. QHT-lərin bilik və bacarıqları azalır. Azərbaycan hökuməti milli donorlar vasitəsilə QHT-ləri maliyyələşdirməyə çalışır".
"Hazırda 13 dövlət orqanı və QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrantlar verir. Lakin, söhbət yalnız maliyyədən getmir, beynəlxalq təcrübənin mənimsənilməsi, beynəlxalq layihələrdən faydalanmaq, platformada iştirak və təmsilçilik, ekspert qismində çoxtərəfli təşəbbüslərin iştirakçısı imkanları çox məhdudlaşıb. Eyni zamanda ölkənin reputasiyasına ciddi ziyan gəlir. Maliyyə baxımdan isə əsasən humanitar, sosial, əhalinin sağlamlığının qorunması ilə bağlı milyonlarla dollar və avro məbləğində vəsait Gürcüstan və Ermənistana yönəldilir", – deyə Zaur İbrahimli vurğulayıb.
Müşahidə Şurasının üzvü hesab edir ki, bu vəziyyət Azərbaycanın inkişaf məqsəd və maraqlarına cavab vermir, ölkəmizin parlaq qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonra həyata keçirdiyi xarici siyasətinə uyğun gəlmir:
"Azərbaycan vətəndaş cəmiyyəti işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq, minalardan təmizlənmə işlərində potensialından tam istifadə edə bilmir.
"Azərbaycanın xarici siyasət təşəbbüsləri və milli maraqlarının qorunmasında çətinlik yaranır. Halbuki, məhz indiki mərhələdə QHT-lərin çox böyük dəstəyi ola bilər və vətəndaş cəmiyyətinin rolu vacibdir. Bu baxımdan qanunvericilik məhdudiyyətləri yalnız QHT-lər üçün problem kimi nəzərdən keçirilməməlidir, bundan irəli gələn çətinliklər cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində problemlərin həllinə neqativ təsir göstərir. Bütün bunlar əsas amillərdir və qeyd edilməyən digər vacib səbəblər də var ki, QHT-lərlə bağlı qanunvericilik məhdudiyyətlərinin aradan götürülməsini zəruri edib. QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi, əlverişli hüquqi mühit yaradılmasıyla bağlı addımların atılması 2020-2022-ci illər üçün Açıq Hökumət Milli Fəaliyyət Planında da nəzərdə tutulub", – deyə Zaur İbrahimli qeyd edib.
Zaur İbrahimli onu da bildirib ki, Azərbaycan Açıq Hökumət Platformasının təklifləri əsasında "Konstitusiya" Araşdırmalar Fondu da konkret qanun layihələri formasında təklif paketini hökumətə və parlamentə təqdim edib. Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu məsələləri müzakirə edib və təkliflərini verib:
"QHT-lərin xarici donor və qrantlara çıxışı asanlaşmalıdır, qeydiyyatı prosedurları sadələşdirilməlidir, ianələrin toplanmasına, QHT-lərə tətbiq olunan cərimələr məsələsinə yenidən baxılmalıdır. QHT-lər üçün əlverişli hüquqi mühitin yaranması əsas məqsəd olmalıdır".
Qeyd edək ki, REAL partiyası da Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna təklif etdiyi əlavə və dəyişikliklər paketini Milli Məclisə təqdim edib.
QHT-lər dəyişiklik istəyir - Milli Məclisə təkliflər var