CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT-lər dəyişiklik istəyir - Milli Məclisə təkliflər var

© Drew Angerer/Getty Images/AFPƏlində portfel olan kişi, arxiv şəkli
Əlində portfel olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Ekspert: Hökumətin müəyyən problemlərlə bağlı məlumatlandırılması, problemlərlə bağlı araşdırmaların aparılması, maliyyə mənbələrinə çıxış əldə edilməsi məsələlərində asanlaşmalara gedilməlidir.
BAKI, 18 dekabr — Sputnik. REAL partiyası Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna təklif etdiyi əlavə və dəyişikliklər paketini Milli Məclisə təqdim edib.
Qeyd edək ki, Azərbaycan Açıq Hökumət Platformasının təklifləri əsasında "Konstitusiya" Araşdırmalar Fondu da konkret qanun layihələri formasında təklif paketini hökumətə və parlamentə təqdim edib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib.
Xatırladaq ki, Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Qrant haqqında" qanunlara və "İnzibati Xətalar Məcəlləsi"nə 8 əlavə, 50-dək düzəliş edib.
Sputnik Azərbaycan QHT-lər haqqında qanuna dəyişikliklərin edilməsinin zərurəti məsələsini araşdırıb.
Mövzu ilə bağlı Respublikaçı Alternativ Partiyasının (REAl) icra katibi, Siyasi Komitəsinin üzvü Natiq Cəfərli partiyanın təklif etdiyi dəyişikliklərlə bağlı açıqlama verib.
Natiq Cəfərli bildirib ki, 2013-2014-cü illərdə edilən dəyişikliklər QHT-lərin fəaliyyətini çətinləşdirdi və onlara (QHT) münasibəti pisləşdirdi:
"Dünyanın hər yerində sivil toplum quruluşları hökumətlər üçün pulsuz konsaltinq rolunu icra edir. Onlar hökumətin diqqət yetirmədiyi məsələri araşdırır, təkliflər hazırlayır, ictimai müzakirələr təşkil edir və bununla da hökumətin pulsuz məsləhətçisinə çevrilir".
İcra katibi vurğulayıb ki, Azərbaycanda da 2013-cü ilə qədər buna bənzər fəaliyyət formatı var idi. Onun sözlərinə görə, ötən illərdə edilmiş dəyişikliklər sivil toplum quruluşlarının fəaliyyətini zəiflədib:
"Düzdür QHT-lərin bəzilərinin fəaliyyətində nöqsanların olduğunu inkar etmək olmaz. Amma bir neçə QHT-nin fəaliyyətindəki nöqsanlara görə bütün bir sektorun fəaliyyətinə maneələr yaradılması doğru deyildi".
Natiq Cəfərli deyib ki, dəyişiklik edilən dövrə qədər bu sektorda 20-24 min civarında insan fəaliyyət göstərirdi və bu da ölkədəki işsizliklə bağlı problemlərin həllində mühüm rol oynayan amillərdən biri idi:
"Dəyişikliklər fəaliyyət istiqamətlərini məhdudlaşdırdı. Layihələrin və QHT-lərin özlərinin qeydiyyatı ilə bağlı ciddi çətinliklər yarandı".
O qeyd edib ki, REAL partiyasının təklifləri bu sahədə ciddi sağlamlaşdırma tədbirləri ilə yanaşı, həm də fəaliyyət istiqamətlərinin asanlaşdırılması üçün addımlar atılmasından ibarətdir:
"Hökumətin müəyyən problemlərlə bağlı məlumatlandırılması, problemlərlə bağlı araşdırmaların aparılması, maliyyə mənbələrinə çıxış əldə edilməsi məsələlərində asanlaşmalara gedilməlidir. Bu, Azərbaycan dövlətinin də marağındadır. QHT-lər nə qədər güclü olacaqsa, bunun hökumət üçün də yararı olacaq".
"Biz 2013-cü ildə edilmiş dəyişikliklərin bir çoxunun ləğv edilməsi, xarici fondların ölkədə təmsilçiliyinin asanlaşdırılması və tam şəffaf fəaliyyətin göstərilməsi üçün təkliflər paketi hazırlamışıq. Biz ən azından 2013-cü ildəki vəziyyətə geri dönməliyik. Həmin dövrə qədərki fəaliyyət imkanları və istiqamətləri bərpa edilməlidir. Təəssüf ki, qanuna edilmiş dəyişiklikdən sonra bu sahədə qeyri-şəffaflıq artıb", – deyə Natiq Cəfərli bildirib.
Həmçinin oxuyun:
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilk qrant müsabiqəsini elan edib
Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib
Azərbaycanda məktəblərdə xüsusi idarəetmə qurumu olacaq
Xəbər lenti
0