https://sputnik.az/20211220/prezident-serencam-imzaladi---telebe-teqaudleri-artirildi-437399233.html
Prezident Sərəncam imzaladı - tələbələrə verilən təqaüdlər artırıldı
Prezident Sərəncam imzaladı - tələbələrə verilən təqaüdlər artırıldı
Sputnik Azərbaycan
Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının... 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T11:44+0400
2021-12-20T11:44+0400
2021-12-20T12:16+0400
cəmiyyət
tələbə
prezident ilham əliyev
tələbələr
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082869_0:15:3076:1745_1920x0_80_0_0_2b2e7a41bf2511e5fac236207d32c020.jpg
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri aşağıdakı kimi artırılıb:Doktorantura pilləsi üzrə:elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manatdan 360 manata:fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manatdan 216 manata;ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:adlı təqaüd alan tələbələrə – 170 manatdan 204 manata;magistratura səviyyəsi üzrə:akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manatdan 174 manata;akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manatdan 144 manata;akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manatdan 96 manata;bakalavriat səviyyəsi üzrə:akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat 156 manata;akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manatdan 132 manata;akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;orta ixtisas təhsili müəssisələrində:akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manatdan 72 manata;akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manatdan 60 manata;Peşə təhsili müəssisələrində:akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manatdan 90 manata;akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manatdan 72 manata;akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manatdan 60 manata.Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Qeyd edək ki, dekabrın 17-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.Həmin gün Prezident Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında da Sərəncam imzalayıb.Sərəncamla direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq.Dekabrın 17-də Prezident İlham Əliyev həmçinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb.Bu sərəncam dövlət büdcəsindən maliyyəşən 23 təşkilatda çalışan rəhbər və digər işçiləri əhatə edir.Həmçinin oxuyun:Müavinət və təqaüdlərin artırılması barədə fərman və sərəncamlar kimləri əhatə edirƏlillərin müavinətləri hansı qaydada və nə qədər artırılacaq - Nazirlik aydınlıq gətirdiAzərbaycanda minimum əməkhaqqı artırıldıİlham Əliyev müəllimlərin maaşlarını qaldırdıİlham Əliyev büdcədən maliyyələşənlərin əmək haqlarını qaldırdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082869_301:0:3030:2047_1920x0_80_0_0_1f84dcceaa4e7c4c75509b63c64f4bb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tələbələrə şad xəbər stipendiyalar artdı
tələbələrə şad xəbər stipendiyalar artdı
Prezident Sərəncam imzaladı - tələbələrə verilən təqaüdlər artırıldı
11:44 20.12.2021 (Yenilənib: 12:16 20.12.2021) Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri artırılıb.
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri aşağıdakı kimi artırılıb:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manatdan 360 manata:
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manatdan 216 manata;
ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə – 170 manatdan 204 manata;
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manatdan 174 manata;
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manatdan 144 manata;
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manatdan 96 manata;
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat 156 manata;
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manatdan 132 manata;
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manatdan 72 manata;
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manatdan 60 manata;
Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manatdan 90 manata;
akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manatdan 72 manata;
akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manatdan 60 manata.
Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, dekabrın 17-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Həmin gün Prezident Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında da Sərəncam imzalayıb.
Sərəncamla direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq.
Dekabrın 17-də Prezident İlham Əliyev həmçinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb.
Bu sərəncam dövlət büdcəsindən maliyyəşən 23 təşkilatda çalışan rəhbər və digər işçiləri əhatə edir.