Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda minimum əməkhaqqı artırıldı

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
BAKI, 17 dekabr — Sputnik. Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Qeyd edək ki, indiyədək Azərbaycanda minimum əməkhaqqı 250 manat olub.
Prezident İlham Əliyev bu gün "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq.
Həmçinin oxuyun:
İlham Əliyev büdcədən maliyyələşənlərin əmək haqlarını qaldırdı
Xəbər lenti
0