Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mingəçevirdə 7 təcili yardım avtomobili "xəstə yatır"

© Sputnik / Rahim MammadovMingəçevirdə işləməyən təcili yardım maşınları
Mingəçevirdə işləməyən təcili yardım maşınları - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Xəstəxananın bölmə müdiri: Tam əminliklə bildirirəm ki, təcili yardım xidməti normal işini davam etdirir və insanların vaxtında yardımına yetişmək üçün hər hansı çətinlik yoxdur.
BAKI, 20 dekabr — Sputnik. Hazırkı dövrdə həkimlərlə bərabər təcili yardım maşınlarının da insan həyatında rolu böyükdür. Qəza və digər hadisələr zamanı tibb işçilərinin vaxtında hadisə yerinə çatmasında avtomobillər əsas vasitədir. Son günlər sosial şəbəkələrdə Mingəçevir şəhər xəstəxanasına məxsus təcili yardım avtomobillərinin bir neçəsinin işlək olmaması haqda video xəbərlər yayılıb. Bildirilib ki, 7 təcili yardım maşını təmirə dayanıb və bu ümumi işə təsir göstərir.
Məsələni aydınlaşdırmaq üçün Sputnik Azərbaycan-ın əməkdaşı həmin məkanda olub, Mingəçevir mərkəzi xəstəxanasından məsələyə münasibət öyrənib. Xəstəxananın Texniki xidmət bölməsinin müdiri Nuriyyə Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bunları bildirib:
© Sputnik / Rahim MammadovNuriyyə Hüseynova
Mingəçevirdə işləməyən təcili yardım maşınları - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Nuriyyə Hüseynova

“Xəstəxanaya məxsus bir neçə avtomobilin təmir üçün qarajda saxlanılması adi və normal haldır. Oradakı "ambulans"lar əsasən 2008-ci ildən üzü bəri təcili yardım xidmətinin istifadəsinə verilən maşınlardır. Köhnə olduğu məlumdur. Üstəlik onlar 44 günlük müharibə ərzində və pandemiya ilə əlaqədar ikiqat yük altında çalışmalı olublar. Maşınlar ayda təxminən 2 min kilometr məsafə qət edəcəyi halda 10-15 min kilometr yol sürülüb. Təbii ki, normadan artıq yüklənmə texnikanın istismar prosesinə təsirsiz ötüşmür. Oradakı "ambulans"lardan biri istismara yaramır. Amma digər 4-ü əsaslı təmir edilərək yaxın vaxtlarda xəttə buraxılacaq. Tam əminliklə bildirirəm ki, təcili yardım xidməti normal işini davam etdirir və insanların vaxtında yardımına yetişmək üçün hər hansı çətinlik yoxdur”.

© Sputnik / Rahim MammadovMingəçevirdə işləməyən təcili yardım maşınları
Mingəçevirdə işləməyən təcili yardım maşınları - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Mingəçevirdə işləməyən təcili yardım maşınları
Qeyd edək ki, hazırda xəstəxanada 8 "ambulans" həkim briqadası ilə bərabər xidmət başındadır. Avtomobillərdən ikisi "Energetiklər" yaşayış massivində yerləşən köməkçi məntəqədə, 6-sı isə şəhər Mərkəzi Xəstəxanasının nəzdində yerləşən stansiyada xidmət edir.
Həmçinin oxuyun:
Nadir sənəti yaşadan usta: 40 gün sonra üzmək olar
Son bir ayda otuz nəfər dəm qazından zəhərlənib
Xəbər lenti
0