https://sputnik.az/20211220/koronavirusa-qarsi-sehlenkar-xanim-haqqinda-tamasanin-premyerasi-437426553.html
Pandemiya teatra da çatdı - koronavirusa həsr olunmuş premyera
Pandemiya teatra da çatdı - koronavirusa həsr olunmuş premyera
Sputnik Azərbaycan
Baş rolun ifaçısı: Günümüzdə Lalə obrazına bənzər insanlar çoxdur. Pandemiya dövründə bu acını yaşayan xeyli sayda "Lalə"lər var. 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T23:00+0400
2021-12-20T23:00+0400
2021-12-21T00:27+0400
paytaxt xəbərləri
tamaşa
rus dram teatrı
gənc tamaşaçılar teatrı
premyera
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437427460_0:0:557:313_1920x0_80_0_0_c95f5e086627f2b961f4fbe8c788b208.jpg
BAKI, 20 dekabr - Sputnik. Bu gün Gənc tamaşaçılar teatrında ssenari müəllifi Pərviz Seyidlinin olduğu "Mələk" tamaşasınin premyerası olub. Tamaşa haqqında Sputnik Azərbaycan-a danışan ssenarist bildir ki, pyes müsabiqədə qalib olub:"Ötən il pyes müsabiqəsi elan olunmuşdu. Həmin pyes birinci yerə çıxmışdı. Tamaşanı rejissor Ayla Bəhramla hazırladı. Rollarda Aygün Fətullayeva və Ramil Məmmədov ifa edirdi. Tamaşa bəşəriyyəti fəlakətə sürükləyən koronavirus haqqındadır. Biz çalışdıq ki, həmin ağrının üzərinə bir nəzər salaq, aktuallaşdıraq və gündəmdə saxlayaq".Baş rolu ifa edən Aygün Fətullayeva bildirib ki, günümüzdə Lalə obrazına bənzər insanlar çoxdur. Pandemiya dövründə bu acını yaşayan xeyli sayda "Lalə"lər var:"Lalə səhlənkar və koronavirusun yaratdığı fəsadlara inanmayan gənc xanımdır. Onun biganəliyindən anası bu xəstəliyə yoluxur və vəfat edir. Anasının ölümündən vicdan əzabı çəkən Lalə həyatına son qoymaq istəyir. Düşünür ki, artıq həyat bitib. Vicdan əzabı ilə yaşamaq istəməyən Lalə intihar etmək fikrinə düşür. O düşünür ki, insan yalnız özü üçün yaşayır. İntihara cəhd edən Laləni Fərhad xilas edir. Fərhad ona başa salır ki, insan yalnız özü üçün yaşamır, o həm də yaşatmaq üçün yaşamalıdır".Qeyd edək ki, Gənc tamaşaçılar teatrı təmirdə olduğuna görə, tamaşa Rus Dram Teatrının səhnəsində nümayiş olunub.Həmçinin oxuyun:Həyatı da, ölümü də dillərdə dolaşdı - unudulmaz Gülşən QurbanovaUşaqlığımızın unudulmaz nağılı "Göyçək Fatma" yeni quruluşdaTeatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildiAkademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437427460_36:0:453:313_1920x0_80_0_0_fb43b8878a7dfbb771e2cc253357fe09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirusa qarşı səhlənkar xanım haqqında tamaşanın premyerası
koronavirusa qarşı səhlənkar xanım haqqında tamaşanın premyerası
Pandemiya teatra da çatdı - koronavirusa həsr olunmuş premyera
23:00 20.12.2021 (Yenilənib: 00:27 21.12.2021) Baş rolun ifaçısı: Günümüzdə Lalə obrazına bənzər insanlar çoxdur. Pandemiya dövründə bu acını yaşayan xeyli sayda "Lalə"lər var.
BAKI, 20 dekabr - Sputnik. Bu gün Gənc tamaşaçılar teatrında ssenari müəllifi
Pərviz Seyidlinin olduğu
"Mələk" tamaşasınin premyerası olub. Tamaşa haqqında
Sputnik Azərbaycan-a danışan ssenarist bildir ki, pyes müsabiqədə qalib olub:
"Ötən il pyes müsabiqəsi elan olunmuşdu. Həmin pyes birinci yerə çıxmışdı. Tamaşanı rejissor Ayla Bəhramla hazırladı. Rollarda Aygün Fətullayeva və Ramil Məmmədov ifa edirdi. Tamaşa bəşəriyyəti fəlakətə sürükləyən koronavirus haqqındadır. Biz çalışdıq ki, həmin ağrının üzərinə bir nəzər salaq, aktuallaşdıraq və gündəmdə saxlayaq".
Baş rolu ifa edən Aygün Fətullayeva bildirib ki, günümüzdə Lalə obrazına bənzər insanlar çoxdur. Pandemiya dövründə bu acını yaşayan xeyli sayda "Lalə"lər var:
"Lalə səhlənkar və koronavirusun yaratdığı fəsadlara inanmayan gənc xanımdır. Onun biganəliyindən anası bu xəstəliyə yoluxur və vəfat edir. Anasının ölümündən vicdan əzabı çəkən Lalə həyatına son qoymaq istəyir. Düşünür ki, artıq həyat bitib. Vicdan əzabı ilə yaşamaq istəməyən Lalə intihar etmək fikrinə düşür. O düşünür ki, insan yalnız özü üçün yaşayır. İntihara cəhd edən Laləni Fərhad xilas edir. Fərhad ona başa salır ki, insan yalnız özü üçün yaşamır, o həm də yaşatmaq üçün yaşamalıdır".
Qeyd edək ki, Gənc tamaşaçılar teatrı təmirdə olduğuna görə, tamaşa Rus Dram Teatrının səhnəsində nümayiş olunub.
Uşaqlığımızın unudulmaz nağılı
"Göyçək Fatma" yeni quruluşda