https://sputnik.az/20211129/akademik-milli-dram-teatri-beynelxalq-forumda-temsil-olunur-436789620.html
Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
Sputnik Azərbaycan
Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klaslar və sərgi təşkil... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T20:00+0400
2021-11-29T20:00+0400
2021-11-29T20:19+0400
dövlət akademik milli dram teatrı
mədəniyyət
tamaşa
forum
https://cdnn1.img.sputnik.az/img/40929/24/409292427_0:0:2001:1125_1920x0_80_0_0_cb565d30bc0d12a9715885b5b6c36fe6.jpg
BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak üçün Daşkəndə yollanıb. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klaslar və sərgi təşkil olunacaq.Beynəlxalq forumda Akademik Milli Dram Teatrının "Manqurt" və "Bir, iki, bizimki..." tamaşaları nümayiş olunacaq.Teatrdan bildirilib ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan "Manqurt" və "Bir, iki, bizimki..." tamaşalarının iştirakı müəyyənləşib.Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan "Manqurt" tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər."Bir, iki, bizimki..." tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40929/24/409292427_10:0:1781:1328_1920x0_80_0_0_96ce7bb874456a9581647c07b618611e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət akademik milli dram teatrı, tamaşa, forum
dövlət akademik milli dram teatrı, tamaşa, forum
Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
20:00 29.11.2021 (Yenilənib: 20:19 29.11.2021) Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klaslar və sərgi təşkil olunacaq.
BAKI, 29 noyabr — Sputnik. Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak üçün Daşkəndə yollanıb. Teatrın mətbuat xidmətindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak
Mədəniyyət Nazirliyinin dəstəyi,
Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.
Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klaslar və sərgi təşkil olunacaq.
Beynəlxalq forumda Akademik Milli Dram Teatrının "Manqurt" və "Bir, iki, bizimki..." tamaşaları nümayiş olunacaq.
Teatrdan bildirilib ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan "Manqurt" və "Bir, iki, bizimki..." tamaşalarının iştirakı müəyyənləşib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan "Manqurt" tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
"Bir, iki, bizimki..." tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.