Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Fərid Qayıbov direktoru işdən çıxartdı

© Sputnik / Murad OrujovFərid Qayıbov
Fərid Qayıbov - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Bakı İdman Sarayı 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurumuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra isə anası Cəlalət Kazımova rəhbərlik edib.
BAKI, 20 dekabr — Sputnik. Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova vəzifədən azad olunub. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Məlumatı nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev "Report"un sorğusuna cavab olaraq təsdiqləyib. O, C.Kazımovanın öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.
Bakı İdman Sarayı (əvvəlki adı Əl Oyunları Sarayı - red.) 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurumuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra isə anası Cəlalət Kazımova rəhbərlik edib.
Xəzər dənizi sahilindəki Bakı Bulvarının ətrafında yerləşən Bakı İdman Sarayında indiyədək həndbol, badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol növlərində ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Arenada nüfuzlu yarışlardan güləş üzrə Qızıl Qran-Pri turniri, Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV-cü İslam Həmrəyliyi Oyunları təşkil olunub.
Bakı İdman Sarayı - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Bakı İdman Sarayı
Həmçinin oxuyun:
Nazir son günlərin qalmaqallı təyinatlarına izahat vermək məcburiyyətində qaldı
Xəbər lenti
0