https://sputnik.az/20211206/nazir-son-gunlerin-qalmaqalli-teyinatlarina-izahat-vermek-mecburiyyetinde-qaldi-437014569.html
Nazir son günlərin qalmaqallı təyinatlarına izahat vermək məcburiyyətində qaldı
Nazir son günlərin qalmaqallı təyinatlarına izahat vermək məcburiyyətində qaldı
Sputnik Azərbaycan
Fərid Qayıbov yazıb ki, idman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T19:43+0400
2021-12-06T19:43+0400
2021-12-06T21:10+0400
idman
prezident ilham əliyev
gənclər və idman nazirliyi
fərid qayıbov
https://cdnn1.img.sputnik.az/img/41014/07/410140731_0:77:2001:1202_1920x0_80_0_0_d410193b84004b54d84aff8874f06049.jpg
BAKI, 6 dekabr - Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.Fərid Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.O, bildirib ki, Vasileva əsl peşəkardır: "Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir".Bir müddət əvvəl (sentyabr, 2021) elə Fərid Qayıbov tərəfindən işindəki nöqsanlara görə, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri vəzifəsindən azad edilmiş İndira Hacıyevanın müavin təyinatını isə nazir belə əsaslandırıb: "İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır".F.Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığını xatırladıb: "Bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır: "Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq".Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: "Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik".Yerli nazirin əcnəbi müavini Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.Mariana Vasileva əslən bolqarıstandandır. O, 6 iyul 1974-cü ildə Bolqarıstanın Targovishte şəhərində anadan olub.Bolqarıstanda Veliko Tarnovo Universitetini bitirib.Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib.Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomuna (2019) layiq görülüb.Mariana Toteva Vasileva nazir müavini təyin olunduqdan sonra onun erotik məzmunlu "Lambada" rəqsi və sərbəst geyimləri, eləcə də nazir Fərid Qayıbovla birgə səmimi şəkilləri sosial şəbəkədə kəskin müzakirə obyekti olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41014/07/410140731_146:0:1853:1280_1920x0_80_0_0_da382410322595cc21ab21749d497ffd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, gənclər və idman nazirliyi, fərid qayıbov
prezident ilham əliyev, gənclər və idman nazirliyi, fərid qayıbov
Nazir son günlərin qalmaqallı təyinatlarına izahat vermək məcburiyyətində qaldı
19:43 06.12.2021 (Yenilənib: 21:10 06.12.2021) Fərid Qayıbov yazıb ki, idman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir.
BAKI, 6 dekabr - Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.
Fərid Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.
O, bildirib ki, Vasileva əsl peşəkardır: "Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir".
Bir müddət əvvəl (sentyabr, 2021) elə Fərid Qayıbov tərəfindən işindəki nöqsanlara görə, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri vəzifəsindən azad edilmiş İndira Hacıyevanın müavin təyinatını isə nazir belə əsaslandırıb:
"İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır".
F.Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığını xatırladıb: "Bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır: "Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq".
Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: "Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik".
Yerli nazirin əcnəbi müavini
Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
Mariana Vasileva əslən bolqarıstandandır. O, 6 iyul 1974-cü ildə Bolqarıstanın Targovishte şəhərində anadan olub.
Bolqarıstanda Veliko Tarnovo Universitetini bitirib.
Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib.
Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomuna (2019) layiq görülüb.
Mariana Toteva Vasileva nazir müavini təyin olunduqdan sonra onun erotik məzmunlu "Lambada" rəqsi və sərbəst geyimləri, eləcə də nazir Fərid Qayıbovla birgə səmimi şəkilləri sosial şəbəkədə kəskin müzakirə obyekti olub.