https://sputnik.az/20211220/deputatlar-omurluk-diplomatik-pasport-isteyirler-437400636.html
Deputatlar ömürlük diplomatik pasport istəyirlər
Deputatlar ömürlük diplomatik pasport istəyirlər
Sputnik Azərbaycan
Spiker Sahibə Qafarova deyib ki, artıq bir çox deputat məsələni qaldırıb. Ona görə bunu nəzərə almaq olar. 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T16:17+0400
2021-12-20T16:17+0400
2021-12-20T16:19+0400
deputat
siyasət
milli məclis
pasport
sabir rüstəmxanlı
millət vəkili
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871476_0:148:2893:1775_1920x0_80_0_0_d145262eb7c69fecc49299a51c700e82.jpg
BAKI, 20 dekabr — Sputnik. Dünyanın bir çox ölkəsində diplomatik pasport ömürlük verilir.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.Deputat təklif edib ki, millət vəkillərinə də ömürlük diplomatik pasport verilsin: "Diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatlara diplomatik pasportları qaytarılsın".Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib: "Xahiş edirəm, bu məsələni müzakirəyə çıxaraq. Bu, çox ədalətli yanaşma olardı".Deputat Məlahət İbrahimqızı da təklifi dəstəkləyib: "Bəlkə də müəyyən limiti burada nəzərə ala bilərik. Bütün ölkələrdə bu var. Azərbaycanda da bu məsələ müsbət həll oluna bilər".Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Deputat Əli Hüseynli də cavabında bildirib ki, bu, bir sıra ölkələrdə var: "Amma bu, həm də bir sıra ölkədə yoxdur. Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə baxıla bilər".Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir. Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən gec 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.Həmçinin oxuyun:Azərbaycanda vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871476_0:0:2731:2048_1920x0_80_0_0_e65bb5a88464143a1e4e220a0d490f5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclisin deputatları diplomatik pasport davaladılar
milli məclisin deputatları diplomatik pasport davaladılar
Deputatlar ömürlük diplomatik pasport istəyirlər
16:17 20.12.2021 (Yenilənib: 16:19 20.12.2021) Spiker Sahibə Qafarova deyib ki, artıq bir çox deputat məsələni qaldırıb. Ona görə bunu nəzərə almaq olar.
BAKI, 20 dekabr — Sputnik. Dünyanın bir çox ölkəsində diplomatik pasport ömürlük verilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, millət vəkillərinə də ömürlük diplomatik pasport verilsin: "Diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatlara diplomatik pasportları qaytarılsın".
Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib: "Xahiş edirəm, bu məsələni müzakirəyə çıxaraq. Bu, çox ədalətli yanaşma olardı".
Deputat Məlahət İbrahimqızı da təklifi dəstəkləyib: "Bəlkə də müəyyən limiti burada nəzərə ala bilərik. Bütün ölkələrdə bu var. Azərbaycanda da bu məsələ müsbət həll oluna bilər".
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Deputat Əli Hüseynli də cavabında bildirib ki, bu, bir sıra ölkələrdə var: "Amma bu, həm də bir sıra ölkədə yoxdur. Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə baxıla bilər".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir. Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən gec 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.