https://sputnik.az/20211220/azerbaycanda-vitse-prezidentlere-omurluk-diplomatik-pasport-verilecek-437400801.html
Azərbaycanda vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
Azərbaycanda vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək.
2021-12-20T13:23+0400
2021-12-20T13:23+0400
2021-12-20T13:23+0400
vitse-prezident
azərbaycan xəbərləri
milli məclis
xarici işlər nazirliyi
"pasportlar haqqında" qanun
birinci vitse-prezident
https://cdnn1.img.sputnik.az/img/41029/07/410290728_0:0:2501:1407_1920x0_80_0_0_a56524f728d5f6d86d7c4c5d7a42db5c.jpg
BAKI, 20 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisat - Birinci vitse-prezidentlik institutunu yaradılıb.Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41029/07/410290728_0:0:2267:1700_1920x0_80_0_0_8c70c8a77be6ca4d8837e6ca3a975db7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mm qərar verdi: ölənəcən diplomatik pasport daşıyacaqlar
mm qərar verdi: ölənəcən diplomatik pasport daşıyacaqlar
Azərbaycanda vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
Dəyişikliklərə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
BAKI, 20 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən dövlət idarəçiliyində yeni təsisat - Birinci vitse-prezidentlik institutunu yaradılıb.
Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub.