Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputat: Saytların arxivi Bil Qeytsin əlindədir

© AFP 2024 / STEPHANE DE SAKUTIN Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra lahiyə II oxunuşda qəbul edilib.
BAKI, 20 dekabr — Sputnik. Sayt bizim əlimizdə deyil. Sayt arxiv deyil. Saytı istənilən vaxt bağlaya, istənilən materialı çıxarda bilərsən. Saytların arxivi Bil Qeytsin əlindədir. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Media haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, qəzetlər isə arxivdir:

"Qəzetin satışı üçün respublika ərazisində şərait yoxdur. Küçədə qəzet satışı qadağan olunub. Bu qəzet camaata necə satılsın? Qəzetin birini də mən buraxıram. Qəzetə abunə yazılan yoxdur, dövlət qadağan edib. Azərbaycanda heç kəs reklam vermir. Çünki Azərbaycanda bir sement zavodu var, bir qida təşkilatı var. Rəqabət yoxdur. Reklam toyxana ilə yasxana idi, indi o da yoxdur. Reklam vəsaitləri qəzetlər, saytlar arasında bölünməlidir. Reklam bazarı olmadığı müddətdə qəzetlər dayanır. Sağ olsun Azərbaycan hökuməti, qəzeti dəstəkləyir. Yoxsa qəzetlər bağlanar gedər".

© Photo : 525-ci QəzetAqil Abbas
Aqil Abbas - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Aqil Abbas
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra lahiyə II oxunuşda qəbul edilib.
Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Həmçinin oxuyun:
Media haqqında qanun layihəsi II oxunuşdan da keçdi
"Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
Parlamentdə "Media haqqında" yeni qanun layihəsinə baxılır - Deputatlar çıxış edirlər
"Media haqqında" qanun və jurnalistlərin hüquqları
Xəbər lenti
0