https://sputnik.az/20211214/parlamentde-media-haqqinda-yeni-qanun-layihesine-baxilir---deputatlar-cixis-edirler-437245577.html
Parlamentdə "Media haqqında" yeni qanun layihəsinə baxılır - Deputatlar çıxış edirlər
Parlamentdə "Media haqqında" yeni qanun layihəsinə baxılır - Deputatlar çıxış edirlər
Sputnik Azərbaycan
Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T16:49+0400
2021-12-14T16:49+0400
2021-12-14T16:59+0400
azərbaycan xəbərləri
müzakirə
qanun
milli məclis
media
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı bildirib ki, hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik olan institutlardan biridir.Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verirlər.Onun sözlərinə görə, Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan media son illərdə böyük inkişaf yolu keçib:“Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir. Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Bilirsiniz ki, Vətən müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcək”.Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük. Hazırda yeganə məqsədimiz Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.Deputat Elman Nəsirov bildirib ki, yeni qanunda blogerlərlə bağlı müddəa yoxdur və bu da çox yaxşı haldır. Onun sözlərinə görə, bu gün sosial şəbəkədə anarxiya hökm sürür: “Hesab edirəm ki, bu sahə də qanunla tənzimlənməlidir. Bunun üçün sosial şəbəkə ilə bağlı ayrıca qanun qəbul edilməlidir”.Yeni qanun müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.Qeyd edək ki, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.Bu qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.Hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müzakirə, qanun, milli məclis, media
müzakirə, qanun, milli məclis, media
Parlamentdə "Media haqqında" yeni qanun layihəsinə baxılır - Deputatlar çıxış edirlər
16:49 14.12.2021 (Yenilənib: 16:59 14.12.2021) Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisdə
"Media haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədri
Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı bildirib ki, hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik olan institutlardan biridir.
Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verirlər.
Onun sözlərinə görə, Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan media son illərdə böyük inkişaf yolu keçib:
“Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir. Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Bilirsiniz ki, Vətən müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcək”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük. Hazırda yeganə məqsədimiz Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.
Deputat Elman Nəsirov bildirib ki, yeni qanunda blogerlərlə bağlı müddəa yoxdur və bu da çox yaxşı haldır. Onun sözlərinə görə, bu gün sosial şəbəkədə anarxiya hökm sürür: “Hesab edirəm ki, bu sahə də qanunla tənzimlənməlidir. Bunun üçün sosial şəbəkə ilə bağlı ayrıca qanun qəbul edilməlidir”.
Yeni qanun müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Bu qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.