https://sputnik.az/20211220/azerbaycanda-omikron-stammina-yoluxma-askarlanibmi---resm-aciqlama-437418093.html
Azərbaycanda "Omikron" ştammına yoluxma aşkarlanıbmı? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda "Omikron" ştammına yoluxma aşkarlanıbmı? - RƏSMİ AÇIQLAMA
Sputnik Azərbaycan
Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
2021-12-20T19:19+0400
2021-12-20T19:19+0400
2021-12-20T19:19+0400
omikron
azərbaycan xəbərləri
azərbaycan
yoluxma
ştamm
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434457565_0:116:3072:1844_1920x0_80_0_0_f5226b1fb24f8f60a7eb4eba8c996f2e.jpg
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasının "Omikron" ştammına yoluxma faktı aşkarlanmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalar davam edir:"Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək".Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının "Omikron" ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştamma yoluxma halları qeydə alınıb.Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur.Tədqiqatçıların fikrincə, SARS-CoV-2 genomundakı dəyişikliklərin çoxu bu variantın yüksək ötürücülüyə malik olmasından, eləcə də, xəstə və peyvənd olunmuş şəxslərdə əmələ gələn qoruyucu anticisimlərə qarşı müqavimətindən xəbər verir. Bununla belə, yekun nəticə çıxarmaq üçün zamana ehtiyac var.Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.Həmçinin oxuyun:"Omikron"un bu simptomu özünü gecələr göstərirÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdirCOVID-dən sonra bu dərmanlar insulta səbəb bilərVaksin olunmuşlardan yoluxma ehtimalı
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434457565_341:0:3072:2048_1920x0_80_0_0_23fa9115084bf79d63ab2357c0206a5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda "omikron" ştammına yoluxma aşkarlanıbmı? - rəsmi açiqlama
azərbaycanda "omikron" ştammına yoluxma aşkarlanıbmı? - rəsmi açiqlama
Azərbaycanda "Omikron" ştammına yoluxma aşkarlanıbmı? - RƏSMİ AÇIQLAMA
Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasının
"Omikron" ştammına yoluxma faktı aşkarlanmayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalar davam edir:
"Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Yeni ştamm aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının "Omikron" ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştamma yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur.
Tədqiqatçıların fikrincə, SARS-CoV-2 genomundakı dəyişikliklərin çoxu bu variantın yüksək ötürücülüyə malik olmasından, eləcə də, xəstə və peyvənd olunmuş şəxslərdə əmələ gələn qoruyucu anticisimlərə qarşı müqavimətindən xəbər verir. Bununla belə, yekun nəticə çıxarmaq üçün zamana ehtiyac var.
Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.