https://sputnik.az/20211219/dm-mtahan-basa-catib-neteceleri-markerler-evden-yoxlayir-437386675.html
DİM: İmtahan başa çatıb, nətəcələri markerlər evdən yoxlayır
DİM: İmtahan başa çatıb, nətəcələri markerlər evdən yoxlayır
Sputnik Azərbaycan
İmtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.
2021-12-19T15:08+0400
2021-12-19T15:08+0400
2021-12-19T15:08+0400
azərbaycan xəbərləri
imtahan
yoxlama
dim
onlayn
https://cdnn1.img.sputnik.az/img/42153/46/421534626_0:54:999:616_1920x0_80_0_0_be5647b2adb13a303d68f65c3aff25a5.jpg
BAKI, 19 dekabr - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 19-da respublikanın 15 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanları keçirib.DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub.Bu tapşırıqların 22-si qapalı, 8-i açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilir. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayır.Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilir və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunur.Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.Həmçinin oxuyun:Yeddi dövlət orqanına qəbul üzrə ümumi müsahibələrə başlanacaqDiplomatik xidmətdə işləmək istəyənlər üçün: öncə sınaq, sonra imtahanMəktəblərdə qızların sayı niyə azalır? - səbəblərTəhsil tələbə krediti şərtləri ölkədə narazılıq yaradıbDİM Azərbaycan dili üzrə sınaq imtahanını yeni model əsasında keçirəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/46/421534626_54:0:946:669_1920x0_80_0_0_67c20555ce7c360ef500ca09ffe2bbcb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim: imtahan başa çatıb, nətəcələri markerlər evdən yoxlayır
dim: imtahan başa çatıb, nətəcələri markerlər evdən yoxlayır
DİM: İmtahan başa çatıb, nətəcələri markerlər evdən yoxlayır
İmtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.
BAKI, 19 dekabr - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 19-da respublikanın 15 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanları keçirib.
DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub.
Bu tapşırıqların 22-si qapalı, 8-i açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilir. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayır.
Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilir və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunur.
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahanda ən yüksək nəticə göstərən 25 abituriyent 2022-ci il yanvarın 14-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq.
Görüşdə DİM-in məsul işçiləri tərəfindən abituriyentlərə növbəti tədris ili üçün qəbul imtahanları, ixtisas seçimi və digər məsələlərlə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Abituriyentlər DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.
Yeddi dövlət orqanına qəbul üzrə ümumi müsahibələrə başlanacaq