Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Yeddi dövlət orqanına qəbul üzrə ümumi müsahibələrə başlanacaq

© AFP 2024 / YASUYOSHI CHIBAOfis
Ofis - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Elan üzrə 7 dövlət orqanında mövcud olan 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib.
BAKI, 8 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 26-da elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.
DİM-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb. Müsahibələrin dekabrın 13-dən 2022-ci il yanvarın 6-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Xatırladaq ki, DİM-in bir müddət öncəki məlumatına əsasən, dövlət orqanlarında 58 vakant vəzifə üzrə ümumi müsahibə elan edilmişdir.
Eləcə də oxuyun:
* Diplomatik xidmətdə işləmək istəyənlər üçün: öncə sınaq, sonra imtahan
* Məktəblərdə qızların sayı niyə azalır? - səbəblər
* Təhsil tələbə krediti şərtləri ölkədə narazılıq yaradıb
Xəbər lenti
0