https://sputnik.az/20211219/cinsi-zorakiliq-edenlere-omurluk-hebs---gurcustan-tecrubesi-437387807.html
Cinsi zorakılıq edənlərə ömürlük həbs - Gürcüstan təcrübəsi
Cinsi zorakılıq edənlərə ömürlük həbs - Gürcüstan təcrübəsi
Sputnik Azərbaycan
Yeni qanun layihəsində cinsi zorakılığa görə həbs olunan şəxslərin bir çox hüquqları məhdudlaşdırılacaq.
2021-12-19T15:27+0400
2021-12-19T15:27+0400
2021-12-19T16:37+0400
dünya xəbərləri
uşaqlar
gürcüstan
din
cəmiyyət
seksual xarakterli zorakılıq
https://cdnn1.img.sputnik.az/img/41148/19/411481984_76:0:2000:1082_1920x0_80_0_0_4070b5566116fd0ffba7a893a89db9c1.jpg
BAKI, 19 dekabr - Sputnik. Gürcüstanda azyaşlılara qarşı cinsi və digər zorakılıq hallarına qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir. Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi yeni qanun layihəsi hazırlayıb.Nazirlikdən bildirilib ki, son 9 ayda Gürcüstanda 152 nəfər seksual zorakılığa məruz qalıb. Onlardan da 114-ü azyaşlı uşaqlar olub.Nazirlik bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklə bağlı yeni qanun layihəsi hazırlayıb.Yeni layihədə cinsi zorakılığa görə cəzalar daha da sərtləşdirilir. Bu cinayət törədən şəxslər həbs cəzasına məhkum edilməklə yanaşı, onların bir çox hüquqları məhdudlaşdırılacaq.Azyaşlılara qarşı bu cinayətləri törətmiş şəxslər isə ömürlük həbs cəzasına məhkum ediləcəklər.Nazirlikdən bildirilib ki, artıq parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.Həmçinin oxuyun:Hər bir qızın nikahdan öncə də, sonra da evi olmalıdır - Birlik sədriParkda gecələyən azyaşlı qardaşlar - "Biz buraya polis maşınında qonaq gəlmişik"Dalaşmaqdansa boşanmaq yaxşıdır! Ekspertlər ailələrin dağılma səbəbləri barədəZorakılıq virusu: yəqin, ona qarşı da bir vaksin olmalıdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41148/19/411481984_465:0:1908:1082_1920x0_80_0_0_0ae980e78d82ba2c6ec56aecee30297f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaqlara qarşı cinsi zorakılıq edənlərə ömürlük həbs - gürcüstan təcrübəsi
uşaqlara qarşı cinsi zorakılıq edənlərə ömürlük həbs - gürcüstan təcrübəsi
Cinsi zorakılıq edənlərə ömürlük həbs - Gürcüstan təcrübəsi
15:27 19.12.2021 (Yenilənib: 16:37 19.12.2021) Yeni qanun layihəsində cinsi zorakılığa görə həbs olunan şəxslərin bir çox hüquqları məhdudlaşdırılacaq.
BAKI, 19 dekabr - Sputnik. Gürcüstanda azyaşlılara qarşı cinsi və digər zorakılıq hallarına qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir. Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi yeni qanun layihəsi hazırlayıb.
Nazirlikdən bildirilib ki, son 9 ayda Gürcüstanda 152 nəfər seksual zorakılığa məruz qalıb. Onlardan da 114-ü azyaşlı uşaqlar olub.
Nazirlik bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklə bağlı yeni qanun layihəsi hazırlayıb.
Yeni layihədə cinsi zorakılığa görə cəzalar daha da sərtləşdirilir. Bu cinayət törədən şəxslər həbs cəzasına məhkum edilməklə yanaşı, onların bir çox hüquqları məhdudlaşdırılacaq.
Azyaşlılara qarşı bu cinayətləri törətmiş şəxslər isə ömürlük həbs cəzasına məhkum ediləcəklər.
Nazirlikdən bildirilib ki, artıq parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.
Parkda gecələyən azyaşlı qardaşlar - "Biz buraya polis maşınında qonaq gəlmişik"
Dalaşmaqdansa boşanmaq yaxşıdır! Ekspertlər ailələrin dağılma səbəbləri barədə