CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər bir qızın nikahdan öncə də, sonra da evi olmalıdır - Birlik sədri

© AFP 2024 / TIMOTHY A. CLARYGənc cütlük, arxiv şəkli
Gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Ü.Abdullayeva bildirib ki, əksər hallarda zorakılıq halları, qətllər narkotik istifadəçiləri və alkoqola aludə olanlar tərəfindən törədilir.
BAKI, 25 noyabr — Sputnik. "Ailə qurmazdan öncə hər bir qızın da öz evi olmalıdır. Bu gün klassik Azərbaycan ailəsində belə bir düşüncə var ki, ev yalnız oğlana qalmalıdır və əslində bu, belə olmalı deyil. Qızın da evi olmalıdır. Çünki sabah qız boşandıqda ev qardaşına qaldığı üçün ora gələ bilmir, ata evində də qəbul olunmur və beləcə qız küçədə qalmalı olur. Bundan başqa, bir qız doğularkən valideyn ilk olaraq ona təhsil verəcəyini qarşısına məqsəd olaraq qoymalıdır".
Bu barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən onlayn mətbuat konfransı zamanı Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib.
Qeyd edək ki, BMT noyabrın 25-ni Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan edib. Ekspertlər vurğulayırlar ki, ailədə qadınlara qarşı zorakılıq coğrafi sərhədlərdən, yaş qruplarından və irqi mənsubiyyətdən asılı olmayaraq getdikcə genişlənən, ailə münasibətləri və sosial təbəqələrin bütün tiplərinə təsir edən hadisədir.
Ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizə tədbirləri "Azərbaycanda 2020-2023-cü illər üçün məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilir. Mütəxəssislər ümumilikdə bu fəaliyyət planı çərçivəsində görülən işləri qənaətbəxş hesab etsələr də, bununla bağlı bir sıra tənqidi qeydlər də var.
Ülkər Abdullayeva bildirir ki, məişət zorakılığının kökünü tapmaq, sistemli araşdırmalar aparmaq lazımdır. Bu zaman bir sıra istiqamətlərə də nəzər yetirməliyik və bunları da öyrənməliyik:
Zorakılıq təhsilli, yoxsa təhsilsiz ailələrdədir?
Məişət zorakılığı təminatlı, yoxsa təminatsız ailələrdədir?
Belə zorakılıq halları işləyən, yoxsa işləməyən ailələrdədir?
Bu cür zorakılıq halları hansı kişilər tərəfindən törədilir: bunlar arasında narkotik, alkoqol istifadəçisi olanlar varmı?
Bu cür zorakılıq hadisələrində böyük ailələrin, yəni tərəflərin valideynlərinin payı nə qədərdir?
Birlik sədrinin sözlərinə görə, qətl hadisəsi törədən kişilər əksər hallarda qadınların başqa kişilərlə danışmasını, yazışmasını arqument gətirməyə çalışırlar. Həmçinin bu cür zorakılıq halları çox vaxt narkotik istifadəçiləri və alkoqola aludə olanlar tərəfindən törədilir: "Vəsaitlərin narkotik üçün xərclənilməsi ailələrdə qarşı tərəfin etirazlarına səbəb olur".
"Çıxış yolu yalnız boşanmadırmı?" sualına cavab olaraq QHT rəhbəri bildirib ki, öncə qızların təhsili və iqtisadi asılılıqları ilə bağlı problemlər həllini tapmalıdır. Savadlı, ayaqları üzərində dayana bilən qız üçün ailə problemlərini həll etmək daha asandır.
Ü.Abdullayeva nikah müqaviləsinin önəmindən də danışıb və bildirib ki, belə bir müqavilə bağlanarsa, boşandıqdan sonra tərəflər arasında münasibət belə arzuolunmaz həddə gəlib çatmaz.
Eləcə də oxuyun:
* Parkda gecələyən azyaşlı qardaşlar - "Biz buraya polis maşınında qonaq gəlmişik"
* Dalaşmaqdansa boşanmaq yaxşıdır! Ekspertlər ailələrin dağılma səbəbləri barədə
* Zorakılıq virusu: yəqin, ona qarşı da bir vaksin olmalıdır
Xəbər lenti
0