Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Basklar Ölkəsi"nin skripkaçı fatehi - VİDEO

© Photo : Courtesy of Kyamran OmarliAzərbaycanlı skripkaçı Kamran Ömərli
Azərbaycanlı skripkaçı Kamran Ömərli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Kamran 2021-ci Ali Musiqi Məktəbini bitirdikdən sonra Basklar Ölkəsi Dövlət Simfonik Orkestrinin üzvü seçilib. Hazırda bu orkestrdə skripkaçı kimi fəaliyyət göstərən həmyerlimiz İspaniyanın bəzi əyalətlərində konsertlərlə çıxış edir.
BAKI, 19 dekabr — Sputnik. Kamran Ömərli son illərin ən istedadlı azərbaycanlı klassik musiqi ifaçılarındandır. Hazırda İspaniyada musiqi fəaliyyəti ilə məşğul olan 27 yaşlı skripkaçı uğurlarından, gələcək planlarından Sputnik Azərbaycan-a danışıb. Musiqiçi ailəsində doğulan Kamranın istedadı 2006-cı ildən, cəmi 12 yaşı olanda diqqət çəkməyə başlayıb. O, bu yaşda ilk dəfə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə konsertdə iştirak edib. Həmin il ilk dəfə Respublika müsabiqəsində iştirak edərək II yerə layiq görülüb.
2011-ci ildə Bakıda təşkil olunan 14-cü Henrik Venyavski adına Beynəlxalq Violin yarışmasına qatılan 17 yaşlı Kamran həmin müsabiqədə münsiflər heyətinin rəhbəri olan dünyaşöhrətli skripkaçı, drijor, iki dəfə "Qremmi" mükafatı laureatı Maksim Vengerovla birlikdə ifa etməsi böyük səs-küyə səbəb olmuşdu. M.Vengerov Kamranı öz müəllimi, klassik musiqinin canlı əfsanələrindən sayılan Zaxar Bronla tanış edir. Məhz bu görüş gənc istedadın həyatında dönüş nöqtəsi olur:

"Mən anladım ki, artıq Bakıda qala bilmirəm. Valideynlərimlə məsləhət etdikdən sonra İspaniyaya yollanmaq qərarına gəldim. 2012-ci ildən Kraliça Sofiya adına Ali Musiqi Akademiyasında Zaxar Bronun sinfində dərs almağa başladım".

Kamran 2014-cü ildə "Ən yaxşı simli kvartet" nominasiyasının, 2016-cı ildə isə "Ən yaxşı skripkaçı" nominasiyasının qalibi olur.
2015-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilən "Gənc İstedadlar" Beynəlxalq Violin yarışmasının, üç il sonra isə "Arnuero Beynəlxalq Kamera Musiqisi Yarışması"nın qalibi adını qazanır. Kamran ən yaxşı trio və yarışmanın ən yaxşı skripkaçısı nominasiyası üzrə ilk dəfə təqdim olunan, dahi ispan skripkaçısı və bəstəkarının adına təsis edilən "Jesús de Monasterio" mükafatına da layiq görülür. Bu nailiyyətlərinə görə İspaniya Kral ailəsinin üzvü, Kraliça Dona Sofiya üç il ərzində azərbaycanlı musiqiçini 3 dəfə fəxri diplomla təbrik edir: "Mən demək olar ki, hər dəfə onunla görüşürəm. Çünki oxuduğum məktəb onun adını daşıdığına görə hər il fərqli nominasiyalar - trio, simli kvartet və solo üzrə mükafatlar almışam".
Tanınmış skripkaçı bildirir ki, öz konsertlərində mümkün qədər öz bəstəkarlarımızın əsərlərinə müraiət edir:

"Tamaşaçılar bizim klassik əsərlərimizi çox böyük maraqla dinləyirlər. Bizim musiqi İspaniyada eqzotik səslənir. Əfsuslar olsun ki, ispan tamaşaçıları Azərbaycan musiqisindən xəbərsizdirlər. Son illər demək olar ki, təkcə mən burada öz musiqimizi səsləndirirəm".

Kamran 2021-ci Ali Musiqi Məktəbini bitirdikdən sonra Basklar Ölkəsi Dövlət Simfonik Orkestrinin üzvü seçilməyi bacarıb. Hazırda bu orkestrdə skripkaçı kimi fəaliyyət göstərən həmyerlimiz İspaniyanın bəzi əyalətlərində konsertlərlə çıxış edir. Həm də pedaqoji fəaliyyətlə məşğul oan gənc istedad Fikrət Əmirovla bağlı layihə həyata keçirmək istəyir. Musiqiçi təəssüflə qeyd edir ki, ona bu layihənin həyata keçməsində yardım edən yoxdur:

"Gələn il Fikrət Əmirovun 100 illiyidir. Bəzi proyektlər hazırlamağı düşünürəm. Amma bunu mən tək edə bilmərəm. Gərək Azərbaycan Mədəniyyət nazirliyi mənə dəstək olsun. Mədəniyyət nazirliyi mənə dəstək olsa, nəinki burada, digər xarici ölkələrdə də konserlər həyata keçirərəm. Mən dəfələrlə müraciət etmişəm, amma müsbət cavab ala bilməmişəm".

Adını Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazdıran skripkaçı görkəmli bəstəkar Firəngiz Əlizadənin 75 illiyi münasibəti ilə konsert təşkil edəcək:
"Bir müddət əvvəl onunla danışdım, o öz notlarını mənə göndərdi. Çünki Basklar Ölkəsi Dövlət Simfonik Orkestri daim bu cür təşəbbüslərlə çıxış edir. Bizim də bu fürsətdən yararlanmaq imkanımız var".
Hazırda İspaniyanın San-Sebastian şəhərində yaşayan Kamran bildirir ki, öz ölkəsini mədəni tərəfdən təbliğ etməyi üstün tutur:
"Avropa insanı müharibədən uzaqdır. Mən özüm də bir sənətçi olaraq çalışıram ki, siyasi məsələlərdən uzaq olum. Öz doğulduğum ölkəni mədəni tərəfdən təbliğ etməliyəm. Məncə bu, daha böyük marağa səbəb ola bilər".
© Photo : Courtesy of Kyamran OmarliAzərbaycanlı skripkaçı Kamran Ömərli
Azərbaycanlı skripkaçı Kamran Ömərli - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Azərbaycanlı skripkaçı Kamran Ömərli
Həmsöhbətimiz bildirir ki, Azərbaycandan fərqli olaraq İspaniyada pandemiya dövrü çox az olub: "2020-ci ilin mart-aprelində qadağalar sərtləşdirldi. May ayından davam elədi. Bu, mədəniyyət adamlarının sayəsində baş verdi. Mədəniyyət adamları etiraz aksiyaları keçirdilər. Ona görə də qadağalar yumuşaldı. "Təhlükəsiz mədəniyyət" adlı konsertlər təşkil olundu, təhlükəsizlik qaydalarına riayət etməklə mədəniyyət tədbirləri həyata keçirlidi".
"Azərbaycanda təhsil sistemi Sovet qalıqları ilə yaşayır"
© Photo : Courtesy of Kyamran OmarliAzərbaycanlı skripkaçı Kamran Ömərli
Azərbaycanlı skripkaçı Kamran Ömərli - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Azərbaycanlı skripkaçı Kamran Ömərli
K.Ömərli təəssüflə qeyd edir ki, Azərbaycanda Sovet dönəmindən qalan sistemlə işləyirlər:
"Mən 10 ildir uzaqlaşmışam Azərbaycandan, amma hələ ki, bir dəyişiklik görmürəm. Musiqi sahəsində təhsil sistemi mütləq dəyişilməlidir. Çox məyus oluram, ürək açan heç nə görmürəm. Dünyada tanınan çox az sayda musiqiçimiz var. Halbuki bizim millətimiz çox istedadlıdır. Şərqdə ilk operanı yazan qadın və kişi bəstəkarı bizdən çıxıb. Amma bu gün qonşu Gürcüstandan çıxan musiqiçi daha çoxdur, nəinki bizdə".
Tanınmış musiqiçinin fikrincə, 44 günlük Zəfər tariximiz incəsənət sahəsində özünü göstərəcək:
"Tarixə nəzər salsaq, görərik ki, ən böyük əsərlər xalqın müəyyən çətin proseslərindən keçdikdən sonra yaranıb. Xalqımız tarixi bir dövrdən keçdilər. Düşünürəm ki, müharibədə qalib gəlməyimiz özünü incəsənət sahəsində göstərəcək".
Həmçinin oxuyun:
Məhşur cazmenin Londona köçməsi, Avişay Koenlə tanışlığı və Bakıdakı konserti
Cəbiş müəllim Süleyman Ələsgərov haqqında - "Qarabağ inciləri" silsiləsindən
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
Xəbər lenti
0