https://sputnik.az/20211010/cavan-zeynalli-her-defe-pianonun-arxasinda-oturanda-yeniden-dogulmus-kimi-oluram-434065676.html
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
Sputnik Azərbaycan
Müğənni o şəxslərdəndir ki, onu sənəti ilə yanaşı insani keyfiyyətlərinə görə də sevirlər. 10.10.2021, Sputnik Azərbaycan
2021-10-10T19:00+0400
2021-10-10T19:00+0400
2021-10-10T19:00+0400
müğənni
mədəniyyət
caz
pianoçu
https://cdnn1.img.sputnik.az/img/40722/28/407222800_13:0:975:541_1920x0_80_0_0_84aad20b471e99be110c673fb1fa795b.jpg
BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanda 7-dən 77-yə, hər kəs onu tanıyır, sevir. Sənəti ilə, şəxsiyyəti ilə millətin sevgisini qazanmaq hər sənətkara qismət olmur. Cavan Zeynallı o şəxslərdəndir ki, onu sənəti ilə yanaşı insani keyfiyyətlərinə görə də sevirlər. Onunla həmsöhbət olacağımız məkana gedirik. Yol boyu kiçikdən böyüyə hər kəs onunla salamlaşır, hal-əhval tutur.- Cavan müəllim, insanların bir-birinə laqeyd olduğu bir zamanda sizinlə belə görüşmələri təccüüblüdür.- Sevgi sarıdan heç vaxt əziyyət çəkməmişəm. İnsanlar məni hər zaman təbəssümlə qarşılayıblar. Bu, bəlkə də mənim xarakterimlə bağlıdır. Ya da Allahın mənə olan lütfüdür.Cavan müəllimlə qiyabi olaraq ötən əsrin ortalarına səyahət etdik. Sənətkar xatirələrini Sputnik Azərbaycan-la bölüşdü.Həmsöhbətimizə dəfələrlə xarici ölkələrdən iş təkifləri gəlib. Amma o, öz doğma Vətənini seçib. Sənətkar həmişə düşünüb ki, milyonlar ona xoşbəxtlik gətirməyəcək:Ruhən həmişə cavan qalan Cavan müəllimdən pozitiv qalmağının sirrini öyrənməyə çalışdıq. Sənətkar bildirir ki, bunun hər hansı bir düsturu yoxdur. Sadəcə o, vaxtını həmişə təbiətdə keçirməyi üstün tutur. Dediyinə görə, Qusardakı evini heç nəyə dəyişməz:- Cavan müəllim, rəhmətlik Yaşar Nuri müsahibələrin birində demişdi ki, insan cavan vaxtı quşlara, böcəklərə meyl eləmir. Onun diqqətini başqa şeylər çəkir. Amma yaşa dolduqca gülün, böcəyin, quşun – Tanrının bəxş etdiyi gözəllikləri hiss etməyə başlayır. Sizcə, sizin quşlarla olan dialoqunuz sizin yaşınızla bağlıdır, yoxsa bunun yaşa aidiyyatı yoxdur?- İnsan daxilində Tanrının bəxş etdiyi gözəlliklər varsa, yaşa dolduqca daha da üzə çıxacaq, pərvazlanacaq. İnsanlar var, yaşa dolduqca üzündə nur əmələ gəlir. Rəhmətlik Yaşarı mənə xatırlatdın, Yaşar özü də uşaq xasiyyətli idi. Deyirdi “mən ancaq Cavan çalanda oxuyuram, başqa pianoçular heç nədir”. Baxmayaraq ki, aktyor idi, amma çox yaxşı ifa edirdi. Təəssüf ki, həyatdan tez getdi. Toylara tamada gedirdi. Deyirdim “Yaşar, sənin evini yıxacaq bu toylar. Sən o cür aktyorsan, sənin nə işin var toylarda?” Qulaq asmırdı, nəticədə həyatla tez vidalaşdı.Cavan müəllim hər dəfə piano arxasına keçəndə özünü yenidən doğulmuş kimi hiss edir, bir növ katarsis rolunu oynayır piano:Cavan müəllim 1967-ci ildə konservatoriyaya daxil olub. Dediyinə görə, həmin dövrdə Bakının da, Konservatoriyanın da ən çiçəklənən dövrü olub:Azərbaycan musiqisinin bugünkü vəziyyətindən məyusluq hissi keçirən Zeynallı deyir ki, onsuz da musiqi sənəti tənəzzüldə idi, pandemiya daha da batırdı:Məşhur cazmenin vokala gəlməsində Müslüm Maqomayevin böyük rolu olub:Müsahibimiz deyir ki, cazı o zamanlar “xuliqan musiqi” adlandırırdılar. Müəllimər də istəmirdilər caz ifa etsinlər, çünki onların cazdan anlayışı yox idi. Brejnev hakimiyyətə gələndən sonra nibətən yumuşalmalar oldu. Dedilər ki, bu Amerika musiqisidir:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40722/28/407222800_133:0:854:541_1920x0_80_0_0_59d47cc2f33271cef30de32026d1a0bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müğənni, caz, pianoçu
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
Müğənni o şəxslərdəndir ki, onu sənəti ilə yanaşı insani keyfiyyətlərinə görə də sevirlər.
BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanda 7-dən 77-yə, hər kəs onu tanıyır, sevir. Sənəti ilə, şəxsiyyəti ilə millətin sevgisini qazanmaq hər sənətkara qismət olmur. Cavan Zeynallı o şəxslərdəndir ki, onu sənəti ilə yanaşı insani keyfiyyətlərinə görə də sevirlər. Onunla həmsöhbət olacağımız məkana gedirik. Yol boyu kiçikdən böyüyə hər kəs onunla salamlaşır, hal-əhval tutur.
- Cavan müəllim, insanların bir-birinə laqeyd olduğu bir zamanda sizinlə belə görüşmələri təccüüblüdür.
- Sevgi sarıdan heç vaxt əziyyət çəkməmişəm. İnsanlar məni hər zaman təbəssümlə qarşılayıblar. Bu, bəlkə də mənim xarakterimlə bağlıdır. Ya da Allahın mənə olan lütfüdür.
Cavan müəllimlə qiyabi olaraq ötən əsrin ortalarına səyahət etdik. Sənətkar xatirələrini
Sputnik Azərbaycan-la bölüşdü.
Həmsöhbətimizə dəfələrlə xarici ölkələrdən iş təkifləri gəlib. Amma o, öz doğma Vətənini seçib. Sənətkar həmişə düşünüb ki, milyonlar ona xoşbəxtlik gətirməyəcək:
"Mənə dəfələrlə təklif elədilər ki, gedim xarici ölkələrdə yaşayım, yaradım. Çünki, mən bütün dünya musiqisini bilirəm. Amma qəbul etmədim, mən Bakını sevirəm. Mənə milyonlar təklif edirdilər, amma mən milyonlardan qorxuram. İnsanlar düşünürlər ki, çoxlu pul xoşbəxtlikdir. Amma inanın, milyonlar insana səadət gətirmir. Sənət adamı milyonlar dalınca qaçsa, ruhu öləcək, onun fikri ancaq pul qazanmaq olacaq. Amerikadan, Türkiyədən, Rusiyadan, İsraildən təkliflər gəldi, amma mən oraları seçmədim".
Ruhən həmişə cavan qalan Cavan müəllimdən pozitiv qalmağının sirrini öyrənməyə çalışdıq. Sənətkar bildirir ki, bunun hər hansı bir düsturu yoxdur. Sadəcə o, vaxtını həmişə təbiətdə keçirməyi üstün tutur. Dediyinə görə, Qusardakı evini heç nəyə dəyişməz:
"Bir qadın mənə Türkiyənin Antalya şəhərində yaşamağı təklif etmişdi. Antalyada dənizin kənarında villa idi, içində royal da var dedilər. İstəmədim. Qusardakı evimi heç nəyə dəyişmərəm. Meşənin içində bir evim var. Quşlar oxuyur, onlara cavab olaraq mən də onlarla oxuyuram. Quşlar bir anlıq dayanıb mənim səsimi dinləyirlər. Onlara da təəccüblü gəlir ki, bir qoca kişi onların dilində “danışır”, onlara “cavab verir”. İnsanlar elə bilirlər ki, quşdur da, onlar heç nə anlamır. Onlar insanlardan daha çox anlayırlar. Bu anı heç nəyə dəyişmərəm".
- Cavan müəllim, rəhmətlik Yaşar Nuri müsahibələrin birində demişdi ki, insan cavan vaxtı quşlara, böcəklərə meyl eləmir. Onun diqqətini başqa şeylər çəkir. Amma yaşa dolduqca gülün, böcəyin, quşun – Tanrının bəxş etdiyi gözəllikləri hiss etməyə başlayır. Sizcə, sizin quşlarla olan dialoqunuz sizin yaşınızla bağlıdır, yoxsa bunun yaşa aidiyyatı yoxdur?
- İnsan daxilində Tanrının bəxş etdiyi gözəlliklər varsa, yaşa dolduqca daha da üzə çıxacaq, pərvazlanacaq. İnsanlar var, yaşa dolduqca üzündə nur əmələ gəlir. Rəhmətlik Yaşarı mənə xatırlatdın, Yaşar özü də uşaq xasiyyətli idi. Deyirdi “mən ancaq Cavan çalanda oxuyuram, başqa pianoçular heç nədir”. Baxmayaraq ki, aktyor idi, amma çox yaxşı ifa edirdi. Təəssüf ki, həyatdan tez getdi. Toylara tamada gedirdi. Deyirdim “Yaşar, sənin evini yıxacaq bu toylar. Sən o cür aktyorsan, sənin nə işin var toylarda?” Qulaq asmırdı, nəticədə həyatla tez vidalaşdı.
Cavan müəllim hər dəfə piano arxasına keçəndə özünü yenidən doğulmuş kimi hiss edir, bir növ katarsis rolunu oynayır piano:
“Mən hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram. Bəlkə də elə ona görə mən 50 il əvvəl necə idimsə, indi də beləyəm. Yaş gedir, qocalsam da, ruhum cavan qalıb. Musiqiçinin, incəsənət adamının qəlbi təmiz olmalıdır, onun qəlbi kinlə dolu olsa, sənət yarada bilməz".
Cavan müəllim 1967-ci ildə konservatoriyaya daxil olub. Dediyinə görə, həmin dövrdə Bakının da, Konservatoriyanın da ən çiçəklənən dövrü olub:
"O illərdə Konservatoriya aşıb-daşırdı. Bəstəkarlar, vokalçılar, pianoçular dolu idi. Qara Qarayev, Cövdət Hacıyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov kimi sənətkarlar dərs deyirdi. Tələbələr də özlərini xoşbəxt hiss edirdilər ki, onların bu cür müəllimləri var. O vaxt ora daxil olmaq da çətin idi. Mən vokal üzrə təhsil aldım. Amma pianoda da ifa edirdim. Ona görə də bəstəkarlar məni sevirdilər. Mən həm də caz çalırdım. Onlar üçün təəccüblü idi, Cavan vokalçıdır, necə olur ki, cazda ifa edir?! Mən vokal üzrə təhsil alan vaxt gördüm ki, səsim getcikcə açılır. Bütün dünya bəstəkarlarının ariyalarını oxuyurdum".
Azərbaycan musiqisinin bugünkü vəziyyətindən məyusluq hissi keçirən Zeynallı deyir ki, onsuz da musiqi sənəti tənəzzüldə idi, pandemiya daha da batırdı:
"Bir müddət öncə Konservatoriyaya getdim, gördüm ki, heç kəs yoxdur. Nəzarətçi dedi ki, “Cavan müəllim, pandemiyayla əlaqədar dərslər onlayn keçirilir”. Çox məyus oldum. Mən musiqinin indiki vəziyyətinə baxıram, həmişə düşünürəm ki, yaxşı ki, mən o dövrdə yaşamışam. Yaxşı ki, mənim yaşlı vaxtıma təsadüf elədi. Mənim cavanlıq dövrümdə texnologiya elə də inkişaf etməmişdi. Biz “Amerikanın səsi” radiosunda caza qulaq asırdıq. Mən cazı dinləyirdim, sonra çalırdım. Tofiq Quliyev deyirdi “Cavan, bir blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr - red.qeydi) çal". Hamı təəccüb edirdi mənim blüz çalmağıma, çünki not yox idi, mən nə eşidirdimsə, onu da çalırdım. Mən Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda qapı-pəncərəni bağlayıb çalırdım. Çünki, utanırdım".
Məşhur cazmenin vokala gəlməsində Müslüm Maqomayevin böyük rolu olub:
"1965-ci il idi. Mən o zamanlar texnikumda təhsil alırdım. Müslüm Maqomayev də texnikumda məşq edirdi. Mən də qapının arxasında dinləyirdim. Dedi - “Kto tam?”. Onun danışıq səsi də yüksək idi. İçəriyə keçdim. Sən demə o da mənim haqqımda eşidib. Bilir ki, mən pianoda çala bilirəm. Dedi - gəl çal. Mən başladım çalmağa, ortada caz akkordu etdim. Dedi - “stop, bu nədir? Bu cazdır”. Dedim - mən hərdən caz da ifa edirəm". Dedi "gedək evə, bulyon bişirib evdəkilər, sən mənə o akkordu göstər. Getdik evlərinə, məşqə başladıq. Nə qədər çalışdısa, alınmadı. Mən isə ondan vokal oxumağı öyrəndim, başladım onun kimi oxumağa".
Müsahibimiz deyir ki, cazı o zamanlar “xuliqan musiqi” adlandırırdılar. Müəllimər də istəmirdilər caz ifa etsinlər, çünki onların cazdan anlayışı yox idi. Brejnev hakimiyyətə gələndən sonra nibətən yumuşalmalar oldu. Dedilər ki, bu Amerika musiqisidir:
"1962-ci ildə Bakıya bir Amerika filmi gətirmişdilər. Orada caz çalırdılar. Mən 5 dəfə o filmə gedib baxmışdım. Çox maraqlıdır ki, film başlamazdan əvvəl bizim musiqiçilərimiz o filmdə səslənən musiqini ifa edirdilər. O dövrdə not yox idi, onlar kasetə yazırdılar, sonra dinləyirdilər. Sonra həmin musiqini ifa edirdilər. Bundan sonra Bakı da oldu cazın mərkəzi. Bakı o illərdə beynəlxalq şəhər idi. Moskvada da Bakı cazmenlərinə böyük rəğbət var idi. Mən o dövrdə səhnəmizin ən qaymaqları – Flora Kərimova, Mirzə Babayev, İlhamə Quliyeva, Müslüm Maqomayev, Mübariz Tağıyev üçün pianoda ifa edirdim".