https://sputnik.az/20211217/bu-saatda-yatmasaniz-437317251.html
Bu saatda yatmasanız...
Bu saatda yatmasanız...
Sputnik Azərbaycan
Yuxusuzluq beyində ağır fəsadlar yarada bilər. Bəs cəmi 10 saniyəyə necə yuxulamağı bilirsinizmi? 17.12.2021, Sputnik Azərbaycan
2021-12-17T03:03+0400
2021-12-17T03:03+0400
2021-12-17T03:03+0400
səhiyyə
normal yuxu
yuxu
saat
yuxusuzluq
saniyə
https://cdnn1.img.sputnik.az/img/41915/30/419153049_0:0:1921:1080_1920x0_80_0_0_b938bb8c182cbabd3426391c053ad224.jpg
BAKI, 17 dekabr — Sputnik. Hətta yuxusuz keçən bir gecə belə narahatlıq hissinin səviyyəsinin artmasına səbəb olur.Sputnik Azərbaycan xəbər verir ki, bu qərara amerikalı psixoloqlar gəliblər.Tədqiqatçılar 18 könüllüyə labaratoriya şəraitində yuxusuz gecə keçirməyi təklif ediblər. Səhər alimlər MRT vasitəsilə beynin aktivliyini müayinə ediblər.Məlum olub ki, yuxusuz keçən bir gecədən sonra narahatlıq emosiyaların emalına məsul olan prefrontal korteksin fəaliyyətinin azalması ilə müşahidə edilir.Həmçinin qeyd edilib ki, gərginliyi azaltmaq üçün uzun sakit yuxu lazımdır.Daha əvvəl isə alimlər müəyyən etmişdilər ki, stress meningit və sepsis kimi infeksion xəstəliklər riskini artırır.10 saniyəyə yuxulamaqSaniyələr içində yuxuya getmək üçün mütəxəssislər üz əzələlərini "boşaltmağı" məsləhət görürlər. Əlləri bədən boyunca yana salmaq, ayaqları da (bud və baldır əzələlərini) gərməmək lazımdır. Nəfəs ləng və dərin olmalıdır. Bud, baldır və pəncə əzələlərini tədricən "boşaltmaq" gərəkdir.Əslində bu metod dəqiqə yarıma adamı yuxuladır, ancaq somnoloqlar əmindirlər ki, məhz son on saniyədə insan necə yuxuladığını hiss edir.Bu metoddan bəzi hərbçilər hətta oturulu halda yuxulamaq üçün istifadə edirlər.Hansı böyrü üstə yatmalı?Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır. Mütəxəssislərin rəyinə görə, sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.Mədəaltı vəzi və mədə sol tərəfə meyilli yerləşdiyindən sol böyrü üstə yuxulama onların işini tənzimləyir, həm də qıcqırma əmələ gəlməsi riskini azaldır.Daim sol böyrü üstündə yatan diabetli xəstələrin əhvali-ruhiyyələri xeyli yaxşılaşır. Lakin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyərlərin sol tərəfinin lokallaşdırılması xəstəliyi olanlara sol böyrü üstə yatmaq məsləhət deyil.Bu tövsiyə, zədə almış və əməliyyat keçirmiş xəstələrə də aiddir.Eləcə də oxuyun:* Az yatan insanın bədənində nə baş verir?* Bayrama görə 15-20 gündən keçməyə dəyməz* Hər səhər işdə əsnəməmək üçün axşamlar bunlardan imtina edin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41915/30/419153049_90:0:1797:1280_1920x0_80_0_0_ba05033d208086f38222a09d21b39b11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bu saat yatmaq yuxusuz 10 saniyə yuxulamaq beyin fəsad
bu saat yatmaq yuxusuz 10 saniyə yuxulamaq beyin fəsad
Bu saatda yatmasanız...
Yuxusuzluq beyində ağır fəsadlar yarada bilər. Bəs cəmi 10 saniyəyə necə yuxulamağı bilirsinizmi?
BAKI, 17 dekabr — Sputnik. Hətta yuxusuz keçən bir gecə belə narahatlıq hissinin səviyyəsinin artmasına səbəb olur.
Sputnik Azərbaycan xəbər verir ki, bu qərara amerikalı psixoloqlar gəliblər.
Tədqiqatçılar 18 könüllüyə labaratoriya şəraitində yuxusuz gecə keçirməyi təklif ediblər. Səhər alimlər MRT vasitəsilə beynin aktivliyini müayinə ediblər.
Məlum olub ki, yuxusuz keçən bir gecədən sonra narahatlıq emosiyaların emalına məsul olan prefrontal korteksin fəaliyyətinin azalması ilə müşahidə edilir.
Həmçinin qeyd edilib ki, gərginliyi azaltmaq üçün uzun sakit yuxu lazımdır.
Daha əvvəl isə alimlər müəyyən etmişdilər ki, stress meningit və sepsis kimi infeksion xəstəliklər riskini artırır.
Saniyələr içində yuxuya getmək üçün mütəxəssislər üz əzələlərini "boşaltmağı" məsləhət görürlər. Əlləri bədən boyunca yana salmaq, ayaqları da (bud və baldır əzələlərini) gərməmək lazımdır. Nəfəs ləng və dərin olmalıdır. Bud, baldır və pəncə əzələlərini tədricən "boşaltmaq" gərəkdir.
Əslində bu metod dəqiqə yarıma adamı yuxuladır, ancaq somnoloqlar əmindirlər ki, məhz son on saniyədə insan necə yuxuladığını hiss edir.
Bu metoddan bəzi hərbçilər hətta oturulu halda yuxulamaq üçün istifadə edirlər.
Hansı böyrü üstə yatmalı?
Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır. Mütəxəssislərin rəyinə görə, sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.
Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.
Mədəaltı vəzi və mədə sol tərəfə meyilli yerləşdiyindən sol böyrü üstə yuxulama onların işini tənzimləyir, həm də qıcqırma əmələ gəlməsi riskini azaldır.
Daim sol böyrü üstündə yatan diabetli xəstələrin əhvali-ruhiyyələri xeyli yaxşılaşır. Lakin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyərlərin sol tərəfinin lokallaşdırılması xəstəliyi olanlara sol böyrü üstə yatmaq məsləhət deyil.
Bu tövsiyə, zədə almış və əməliyyat keçirmiş xəstələrə də aiddir.
*
Hər səhər işdə əsnəməmək üçün axşamlar bunlardan imtina edin