Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis maşını mağazaya girib, ölən var

© APAQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
BAKI, 24 noyabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumatda deyilir:
"Bu gün, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
© Photo : APAQəza yerində
В Гяндже полицейский автомобиль попал в ДТП - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Qəza yerində
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".
---------
09:34
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
"Fiat" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi mağazalardan birinə çırpıb. Qəza zamanı Emin Əliyev adlı şəxs xəsarət alıb, Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qeyd edək ki, avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər lenti
0