CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın xalq artisti "Nirvana"da - VİDEO

© Photo : Instagram / aygun_kazimovaAygün Kazımova
Aygün Kazımova - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.
BAKI, 17 dekabr — Sputnik. Xalq artisti Aygün Kazımova yeni "Я в Нирване" (Nirvanadayam) adlı rusdilli albomunu dijital platformalarda təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, alboma Kazımovanın "Nirvana", "Oderjima", "Tarantino" kimi yeni mahnıları daxildir.
Bununla yanaşı, müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu "Azərbaycan" və Filipp Kirkorovla "Jan Azərbaycan!" duetləri də albomda yer alıb.
Məşhur "Sus" mahnısının rus dilində olan və "Pust" adlı versiyası da "Nirvanadayam" diskinə daxil edilib.
Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.
"Я в Нирване" Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. Altı trekdən ibarət "Nirvanadayam" diskin buraxılışı "SS-production" şirkətinin himayəsi altında "BEAT Music" etiketində baş tutub.
Həmçinin oxuyun:
Məhşur cazmenin Londona köçməsi, Avişay Koenlə tanışlığı və Bakıdakı konserti
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
Bakıda "Jazzery Voices" layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaq
Xəbər lenti
0