https://sputnik.az/20211217/ankara-ile-yerevanin-dostluq-cehdi-baki-ve-moskvanin-gozu-ile-437302366.html
Ankara ilə Yerevanın dostluq cəhdi Bakı və Moskvanın gözü ilə
Ankara ilə Yerevanın dostluq cəhdi Bakı və Moskvanın gözü ilə
Sputnik Azərbaycan
Ermənistanın Türkiyə ilə münasibət qurmağa çalışdığı bir vaxtda Aqil Abbas da Yerevanla bağlı arzusunu dilə gətirib. 17.12.2021, Sputnik Azərbaycan
2021-12-17T09:34+0400
2021-12-17T09:34+0400
2021-12-17T09:34+0400
siyasət
millət vəkili
islamabad-bakı-istanbul
moskva
bakı
dostluq
ankara
yerevan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426899950_0:320:3073:2048_1920x0_80_0_0_7c922503ea56e47852adc726989a9a77.jpg
BAKI, 17 dekabr — Sputnik. Bir müddət öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır. Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.Qeyd edək ki, Ermənistanla Türkiyə arasındakı münasibətlər bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması Azərbaycanda da diqqətlə qarşılanıb. Mövzu ilə bağlı ən maraqlı fikri isə millət vəkili Aqil Abbas Milli Məclisin iclasında səsləndirib: "Artıq Yerevandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum". Sputnik Azərbaycan-a danışan millət vəkili bildirib ki, öz fikirlərini obrazlı ifadə edib.Onun sözlərinə görə, əvvəllər də Türkiyə və Ermənistan arasında təyyarə reysləri olsa da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ucbatından rəsmi əlaqələr olmayıb. Millət vəkili qeyd edir ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur və bu münasibətlərin normallaşması daha çox Ermənistan üçün önəmlidir".Mövzu ilə bağlı politoloq Elşən Manafov da fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.Politoloq Elşən Manafov bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə bitib, bu baxımdan əldə olunmuş razılıqlar bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunmasını diqtə edir: "Türkiyə Ermənistan münasibətlərinin normallaşması da bu geosiyasi reallıqların nəticəsi kimi ortaya çıxıb. Burada Türkiyə dövlətinin və iş adamlarının da maraqları var. Artıq tərəflər çarter reyslərin bərpa olunması istiqamətində addımlar atırlar".Politoloqun sözlərinə görə, baş verənlər fonunda ölkələr arasında razılıqların əldə olunacağı istisna edilmir: "Qeyd edilməli məqamlardan biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə danışıqların tarixi ilə bağlıdır. Xatırlatmaq lazımdır ki, iki ölkə arasında münasibətlərin bərpası üçün hələ 2009-cu ildə Sürix protokolları kimi xatırlanan təşəbbüslər olmuşdu. Lakin o zaman Türkiyənin irəli sürdüyü şərtlər realizə olunmadığından normallaşma prosesi davam etmədi".Elşən Manafov qeyd edib ki, indi Türkiyə regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ideyalarla çıxış edir: "Ermənistan tərəfi isə Qərbdəki dairələrin basqıları altında regional əməkdaşlığın qurulması ilə bağlı məsələlərdə tərəddüd edir. Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırAnkara və Yerevan arasında münasibətlərin normallaşması bölgədə ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edə bilər.Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib."Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına, sağlam etimad və mehriban qonşuluq mühitinin formalaşmasına xidmət edə bilər. Bu baxımdan, biz Ankara ilə Yerevan münasibətlərinin normallaşma məsələsinin müzakirəsi üçün ikitərəfli dialoqu işə salmaq niyyətini alqışlayırıq. Bu məqsədlə tərəflərin xüsusi nümayəndə təyin etməsi məntiqli və ağıllı addımdır. Öz tərəfimizdən bu prosesə hər cür kömək göstərməyə hazırıq", - o bildirib.Eləcə də oxuyun:* Bu məsələni heç vaxt Putinlə müzakirə etməmişik - İlham Əliyev* Rəsmi Yerevan Ankarayla münasibətlərdə yeni dönəm başlatdığını elan etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426899950_0:0:2731:2048_1920x0_80_0_0_30c48983092c00fcb0d889f667057cc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aqil abbas istanbul yerevan getmək arzu reallaşmaq reys türkiyə ermənistan münasibət
aqil abbas istanbul yerevan getmək arzu reallaşmaq reys türkiyə ermənistan münasibət
Ankara ilə Yerevanın dostluq cəhdi Bakı və Moskvanın gözü ilə
Ermənistanın Türkiyə ilə münasibət qurmağa çalışdığı bir vaxtda Aqil Abbas da Yerevanla bağlı arzusunu dilə gətirib.
BAKI, 17 dekabr — Sputnik. Bir müddət öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasındakı münasibətlər bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması Azərbaycanda da diqqətlə qarşılanıb. Mövzu ilə bağlı ən maraqlı fikri isə millət vəkili Aqil Abbas Milli Məclisin iclasında səsləndirib: "Artıq Yerevandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum". Sputnik Azərbaycan-a danışan millət vəkili bildirib ki, öz fikirlərini obrazlı ifadə edib.
Onun sözlərinə görə, əvvəllər də Türkiyə və Ermənistan arasında təyyarə reysləri olsa da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ucbatından rəsmi əlaqələr olmayıb. Millət vəkili qeyd edir ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur və bu münasibətlərin normallaşması daha çox Ermənistan üçün önəmlidir".
"Ermənistan bizimlə mehriban qonşuluq şəraitində yaşamalıdır. Bizim tələbimiz Zəngəzur dəhlizinin açılması və sərhədlərin müəyyənləşdirilməsidir. Bütün bu normallaşma prosesi regionda sülhə gətirib çıxaracaq", – deyə millət vəkili bildirib.
Mövzu ilə bağlı politoloq Elşən Manafov da fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.
Politoloq Elşən Manafov bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə bitib, bu baxımdan əldə olunmuş razılıqlar bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunmasını diqtə edir: "Türkiyə Ermənistan münasibətlərinin normallaşması da bu geosiyasi reallıqların nəticəsi kimi ortaya çıxıb. Burada Türkiyə dövlətinin və iş adamlarının da maraqları var. Artıq tərəflər çarter reyslərin bərpa olunması istiqamətində addımlar atırlar".
Politoloqun sözlərinə görə, baş verənlər fonunda ölkələr arasında razılıqların əldə olunacağı istisna edilmir: "Qeyd edilməli məqamlardan biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə danışıqların tarixi ilə bağlıdır. Xatırlatmaq lazımdır ki, iki ölkə arasında münasibətlərin bərpası üçün hələ 2009-cu ildə Sürix protokolları kimi xatırlanan təşəbbüslər olmuşdu. Lakin o zaman Türkiyənin irəli sürdüyü şərtlər realizə olunmadığından normallaşma prosesi davam etmədi".
Elşən Manafov qeyd edib ki, indi Türkiyə regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ideyalarla çıxış edir: "Ermənistan tərəfi isə Qərbdəki dairələrin basqıları altında regional əməkdaşlığın qurulması ilə bağlı məsələlərdə tərəddüd edir.
Burada Soçi görüşündə Ermənistan tərəfinin nəqliyyat-kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi ilə bağlı götürdüyü öhdəliyi xatırlamalıyıq. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırması həm də Avropa İttifaqının sifarişidir. Amma qeyd etəməliyəm ki, Türkiyənin münasibətlərin bərpası istiqamətində atdığı addımlar həm də Azərbaycanla razılaşdırılıb".
Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayır
Ankara və Yerevan arasında münasibətlərin normallaşması bölgədə ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edə bilər.
Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına, sağlam etimad və mehriban qonşuluq mühitinin formalaşmasına xidmət edə bilər. Bu baxımdan, biz Ankara ilə Yerevan münasibətlərinin normallaşma məsələsinin müzakirəsi üçün ikitərəfli dialoqu işə salmaq niyyətini alqışlayırıq. Bu məqsədlə tərəflərin xüsusi nümayəndə təyin etməsi məntiqli və ağıllı addımdır. Öz tərəfimizdən bu prosesə hər cür kömək göstərməyə hazırıq", - o bildirib.