https://sputnik.az/20211214/resmi-yerevan-ankarayla-munasibetlerde-yeni-donem-baslatdigini-elan-etdi-437230210.html
Rəsmi Yerevan Ankarayla münasibətlərdə yeni dönəm başlatdığını elan etdi
Rəsmi Yerevan Ankarayla münasibətlərdə yeni dönəm başlatdığını elan etdi
Sputnik Azərbaycan
Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Yerevan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq... 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T11:13+0400
2021-12-14T11:13+0400
2021-12-14T12:39+0400
yerevan
dünya xəbərləri
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/42430/79/424307961_0:0:3071:1728_1920x0_80_0_0_a8535c98990cd894ba040b1761984b3a.jpg
BAKI, 14 dekabr — Sputnik. Rəsmi Yerevan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.Onun sözlərinə görə, bu məsələ hazırkı hökumətin proqramında da yer alıb."Bu planda biz Türkiyə xarici işlər nazirinin ikitərəfli münasibətlərin nizamlanması məqsədilə xüsusi nümayəndələrin təyin olunması ilə bağlı bəyanatlarını dəstəkləyirik. Biz təsdiqləyirik ki, Ermənistan tərəfi də dialoqun keçirilməsi üçün xüsusi nümayəndə təyin edəcək", - deyə Vaan Unanyan bildirib.Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcəyini bəyan edib.Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaq."Yerevana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42430/79/424307961_340:0:3071:2048_1920x0_80_0_0_4bf07aaed2b9bd8e8e66c38198766d30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yerevan, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
yerevan, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Rəsmi Yerevan Ankarayla münasibətlərdə yeni dönəm başlatdığını elan etdi
11:13 14.12.2021 (Yenilənib: 12:39 14.12.2021) Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Yerevan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazırdır.
BAKI, 14 dekabr — Sputnik. Rəsmi Yerevan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Onun sözlərinə görə, bu məsələ hazırkı hökumətin proqramında da yer alıb.
"Bu planda biz Türkiyə xarici işlər nazirinin ikitərəfli münasibətlərin nizamlanması məqsədilə xüsusi nümayəndələrin təyin olunması ilə bağlı bəyanatlarını dəstəkləyirik. Biz təsdiqləyirik ki, Ermənistan tərəfi də dialoqun keçirilməsi üçün xüsusi nümayəndə təyin edəcək", - deyə Vaan Unanyan bildirib.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcəyini bəyan edib.
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.
Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaq.
"Yerevana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - deyə Mövlud Çavuşoğlu vurğulayıb.