https://sputnik.az/20211216/rusiya-bas-nazirinin-muavininden-azerbaycana-muhum-teklif-437301085.html
Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif
Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif
Sputnik Azərbaycan
Aleksey Overçuk əmindir ki, region ölkələri Avrasiya İqtisadi Birliyinin inkişafı kontekstində baş verən proseslərdə maraqlı olmalıdır. 16.12.2021, Sputnik Azərbaycan
2021-12-16T14:48+0400
2021-12-16T14:48+0400
2021-12-16T17:48+0400
rusiya
rusiya
baş nazirin müavini
təklif
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0b/427184940_0:0:3049:1716_1920x0_80_0_0_13a47d18411f73307beaadb137e82567.jpg
BAKI, 16 dekabr — Sputnik. Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində fəal iş aparılır – bu fikri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıdakı ADA Universitetində “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda çıxışı zamanı ifadə edib.Baş nazirin müavini qeyd edib ki, Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlər çərçivəsində bir sıra qarşılıqlı maraqları mövcuddur.Onun sözlərinə görə, bu gün getdikcə daha çox ölkə Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqə qurur və xarici iqtisadi fəaliyyətdə artıq konkret regionda yaranmış şərtləri və sazişləri nəzərə almaq vacibdir.AİB Azərbaycana nə təklif edə bilər?“Avrasiya İqtisadi Birliyinin inkişafı kontekstində baş verən proseslərlə maraqlanmalıyıq”, - deyə Overçuk bildirib.Onun sözlərinə görə, Avrasiya Birliyinin potensialının reallaşdırılması və birlik ölkələrinin əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxarılması imkanları nəzərdən keçirilir ki, bu da həm istixana qazlarının emissiyalarının azaldılmasını, həm də ekoloji göstəricilərin yaxşılaşdırılması və quruma üzv bütün dövlətlərdə yaşıl texnologiyaların tətbiqini nəzərdə tutur.“Biz davamlı olaraq yeni sahələrdə sənaye kooperasiyasının inkişafı üzərində işləyirik. Təyyarə sənayesində kooperasiya zəncirlərinin yaradılması ilə bağlı proqramlar var. Elektromobillərin yaradılmasına da başlamışıq, ona görə də bu gün birlik çərçivəsində iqtisadi əməkdaşlığın əhatə dairəsi çox genişdir”, - deyə Rusiya Baş nazirinin müavini qeyd edib.Onun sözlərinə görə, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu regionda maliyyə sabitliyini qorumaq və kredit vermək məqsədilə AİB-ə üzv dövlətlər üçün mini BVF (Beynəlxalq Valyuta Fondu) rolunda çıxış edir.“O da mühüm faktdır ki, bu maliyyə institutlarının sferasına təkcə birliyə üzv ölkələr deyil, həm də, məsələn, AİB-ə üzv olmayan Tacikistan kimi dövlətlər də daxildir. Ola bilsin ki, Azərbaycan da layihələrimizin həyata keçirilməsinin sadələşdirilməsi baxımından bu maliyyə institutlarında iştirakı məsələsini nəzərdən keçirməkdə maraqlı olsun”, - deyə Overçuk bildirib.Rusiya biznesi Azərbaycana maraq göstərirOverçuk onu da qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli əlaqələri çoxşaxəlidir və uğurla inkişaf edir.Baş nazirin müavininin sözlərinə görə, bu ilin 10 ayı ərzində Rusiyanın Azərbaycana idxal həcmi 700 milyon dollar təşkil edib.Bundan başqa, Rusiya baş nazirinin müavininin sözlərinə görə, regionda baş verən son hadisələr nəqliyyat və logistika marşrutlarının açılmasına imkan yaradaraq Şimalla Cənubu və Qərblə Şərqi birləşdirəcək. Bundan isə bütün Avrasiya faydalana bilər.Həmçinin oxuyun:Overçukun Bakıya təkrar səfəri nə ilə bağlıdırMoskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0b/427184940_0:0:2731:2048_1920x0_80_0_0_059571ba186a4c68895b17599b6ddfcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, baş nazirin müavini, təklif, azərbaycan
rusiya, baş nazirin müavini, təklif, azərbaycan
Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif
14:48 16.12.2021 (Yenilənib: 17:48 16.12.2021) Aleksey Overçuk əmindir ki, region ölkələri Avrasiya İqtisadi Birliyinin inkişafı kontekstində baş verən proseslərdə maraqlı olmalıdır.
BAKI, 16 dekabr — Sputnik. Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində fəal iş aparılır – bu fikri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıdakı ADA Universitetində “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda çıxışı zamanı ifadə edib.
Baş nazirin müavini qeyd edib ki, Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlər çərçivəsində bir sıra qarşılıqlı maraqları mövcuddur.
“Bu gün beynəlxalq əlaqələrdən danışarkən daha çox makroregionlar arası əlaqələrdən söhbət gedir və biz görürük ki, bütün dünyada inteqrasiya prosesləri səmərəli şəkildə inkişaf edir. Biz hamının gözü qarşısında Şimali Amerika, Asiya-Sakit okean regionu, Cənub-Şərqi Asiyada hansı proseslərin getdiyini görürük. Çinin “Bir kəmər bir yol” təşəbbüsü ilə bağlı prosesləri izləyir və orada iştirak edirik”, - deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, bu gün getdikcə daha çox ölkə Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqə qurur və xarici iqtisadi fəaliyyətdə artıq konkret regionda yaranmış şərtləri və sazişləri nəzərə almaq vacibdir.
AİB Azərbaycana nə təklif edə bilər?
“Avrasiya İqtisadi Birliyinin inkişafı kontekstində baş verən proseslərlə maraqlanmalıyıq”, - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Avrasiya Birliyinin potensialının reallaşdırılması və birlik ölkələrinin əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxarılması imkanları nəzərdən keçirilir ki, bu da həm istixana qazlarının emissiyalarının azaldılmasını, həm də ekoloji göstəricilərin yaxşılaşdırılması və quruma üzv bütün dövlətlərdə yaşıl texnologiyaların tətbiqini nəzərdə tutur.
“Biz davamlı olaraq yeni sahələrdə sənaye kooperasiyasının inkişafı üzərində işləyirik. Təyyarə sənayesində kooperasiya zəncirlərinin yaradılması ilə bağlı proqramlar var. Elektromobillərin yaradılmasına da başlamışıq, ona görə də bu gün birlik çərçivəsində iqtisadi əməkdaşlığın əhatə dairəsi çox genişdir”, - deyə Rusiya Baş nazirinin müavini qeyd edib.
Onun sözlərinə görə, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu regionda maliyyə sabitliyini qorumaq və kredit vermək məqsədilə AİB-ə üzv dövlətlər üçün mini BVF (Beynəlxalq Valyuta Fondu) rolunda çıxış edir.
“O da mühüm faktdır ki, bu maliyyə institutlarının sferasına təkcə birliyə üzv ölkələr deyil, həm də, məsələn, AİB-ə üzv olmayan Tacikistan kimi dövlətlər də daxildir. Ola bilsin ki, Azərbaycan da layihələrimizin həyata keçirilməsinin sadələşdirilməsi baxımından bu maliyyə institutlarında iştirakı məsələsini nəzərdən keçirməkdə maraqlı olsun”, - deyə Overçuk bildirib.
Rusiya biznesi Azərbaycana maraq göstərir
Overçuk onu da qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli əlaqələri çoxşaxəlidir və uğurla inkişaf edir.
“Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük istehlakçısıdır. Bu gün Azərbaycana qoyulan sərmayələrimizin həcmi 4,5 milyard dollara çatıb. Azərbaycanın Rusiyadakı investisiyası isə 1,5 milyard dollara bərabərdir”, - deyə o vurğulayıb.
Baş nazirin müavininin sözlərinə görə, bu ilin 10 ayı ərzində Rusiyanın Azərbaycana idxal həcmi 700 milyon dollar təşkil edib.
“Rusiya biznesi Azərbaycana maraq göstərir və bu il artıq bir sıra biznes missiyaları həyata keçirilib”, - deyə Overçuk qeyd edib.
Bundan başqa, Rusiya baş nazirinin müavininin sözlərinə görə, regionda baş verən son hadisələr nəqliyyat və logistika marşrutlarının açılmasına imkan yaradaraq Şimalla Cənubu və Qərblə Şərqi birləşdirəcək. Bundan isə bütün Avrasiya faydalana bilər.