Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Overçukun Bakıya təkrar səfəri nə ilə bağlıdır

© Sputnik / Евгений Биятов / Fotobanka keçməkRusiya Baş nazirinin müavini Aleksey Overçuk
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Xəbərlərə abunə olun
Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilən görüşlər və müzakirələr 2021-ci ilin əvvəlində Moskvanın iştirakı ilə başlayan Cənubi Qafqaz regionunun inkişafı prosesinin tərkib hissəsi olub.
BAKI, 16 dekabr — Sputnik. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinə həsr olunmuş konfransda iştirak etmək üçün Azərbaycana gəlib.
Xatırladaq ki, Rusiya baş nazirinin müavini Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan komissiyasının həmsədridir.
Bu ərəfədə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində regionun simasının dəyişdirilməsinə yönəlmiş üç görüş keçirib. Görüşlərin yekununda iki ölkə arasında dəmir yolunun işə düşməsinin, qarşılıqlılıq prinsipi əsasında gömrük və sərhəd nəzarəti məsələlərinin təmin edilməsi ilə bağlı tərəflər arasında razılığın əldə olunduğu açıqlanıb.
Tərəflər həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Bununla yanaşı, iki ölkənin liderləri avtomobil yolu marşurutu barədə müzakirələri davam etmək niyyətində olduqlarını bildiriblər.
Regionun gələcəyi ilə bağlı bu bəyanatlardan elə bir gün sonra Azərbaycanın paytaxtında üçtərəfli komissiyanın həmsədri Aleksey Overçukun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin iştirakı ilə konfrans işə başlayıb.
Nəzərə alsaq ki, belə yüksək səviyyəli hər hansı səfər əvvəlcədən hazırlanır, bu hadisələrin ardıcıllığının təsadüfi olduğunu demək olmaz: noyabr ayında Rusiya baş nazirinin müavinin Bakıya gəlməsi, Prezident İlham Əliyevlə görüşü, Azərbaycan prezidentinin Brüsseldə Ermənistanın baş naziri ilə səmərəli danışıqları və Overçukun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin Bakıya növbəti səfəri.
Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilən son görüş və müzakirələr ilin əvvəlində Moskvanın iştirakı ilə başlayan Cənubi Qafqaz regionunun inkişafı üzrə proseslərin tərkib hissəsidir. Bunlar əslində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2021-ci ilin yanvar və noyabr aylarında keçirilən görüşlərinin davamıdır.

"Son hadisələr kontekstində Cənubi Qafqazda nəqliyyat və logistika sahəsində unikal vəziyyət yaranır və biz hazırda onun üzərində fəal işləyirik", - deyə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda bildirib.

Həmçinin oxuyun:
Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Ni
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала