Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

DİN: İki şəhərdə quldurluq baş verib

© Sputnik / Konstantin ChalabovAvtomobil oğrusu, arxiv şəkli
Avtomobil oğrusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Həyata keçirilən axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb, cinayət işi açılıb.
BAKI, 16 dekabr — Sputnik. Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Sabirabad və Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb.
Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.
A.Namazov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
"Adəm Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Sabirabad RPŞ-nə müraciət etmələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.
Analoji hadisə Bakıda da baş verib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Əliyev və 1970-ci il təvəllüdlü İlham Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, İ.Həsənov 10 il və V.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, zərərçəkmiş (15 yaşlı oğlan) Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb. Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Gənc oğlan telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş V.Əliyev və İ.Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər.
Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Zərərçəkmişə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Həmçinin oxuyun:
Azərbaycanda qandonduran hadisə - Müəllim qohumunu qətlə yetirib
Azərbaycanın iki şəhərində oğurluq hadisəsi olub
Xəbər lenti
0