Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın iki şəhərində oğurluq hadisəsi olub

© Sputnik / Murad OrujovPul oğurluğu, arxiv şəkli
Pul oğurluğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır
BAKI, 16 dekabr — Sputnik. Hacıqabul rayon sakini P.Poladov dekabr ayının 15-də Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən bir ədəd 350 manat dəyərində olan su motorunun, mətbəx ləvazimatı və avtomobilinə məxsus dəyəri 500 manat olan ehtiyat hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Rəhmanov və Kamran Nəcəfov saxlanılıblar. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. Bakı metrosunda isə cibgir saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Belə ki, Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də metronun "Elmlər Akademiyası" stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun:
Azərbaycanda qandonduran hadisə - Müəllim qohumunu qətlə yetirib
Xəbər lenti
0