Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan çempionatının başlama tarixi dəqiqləşdi: Liqada kimlər oynayacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidVoleybol
Voleybol  - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Kişi voleybolçular 4 dövrədə yarışacaqlar. Yüksək Liqada "Neftçi", "Murov", MOİK, "Ekspress" və "Sərhədçi" qüvvəsini sınayacaq.
BAKI, 15 dekabr — Sputnik. Voleybol üzrə Azərbaycan çempionatının 2021/22 mövsümünün tarixi və iştirakçıları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, dekabrın 17-də start götürəcək Super Liqada 4, Yüksək Liqada 5 komanda mübarizə aparacaq.
Kişi voleybolçular 4 dövrədə yarışacaqlar. Yüksək Liqada "Neftçi", "Murov", MOİK, "Ekspress" və "Sərhədçi" qüvvəsini sınayacaq. 6 dövrədən ibarət olacaq Super Liqada "Azərreyl", "Murov", "Abşeron" və UNEC qalibin adını müəyyənləşdirəcək. Liqaların ən güclüsü qələbə sayına əsasən müəyyənləşəcək.
Azarkeşsiz keçiriləcək çempionatın ilk oyun günü Super Liqa matçı ilə başlayacaq. "Murov" "Abşeron"u sınağa çəkəcək. Dekabrın 17-də günün ikinci görüşündə isə MOİK - "Neftçi" oyunu planlaşdırılır.
Qeyd edək ki, oyunlar "Murov"un Biləcəridəki idman zalında keçiriləcək.
Xəbər lenti
0