https://sputnik.az/20211214/emin-emrullayev-yeni-vezifeye-teyin-edildi-437234188.html
Emin Əmrullayev yeni vəzifəyə təyin edildi
Emin Əmrullayev yeni vəzifəyə təyin edildi
Sputnik Azərbaycan
Emin Əmrullayev ona göstərilən etimada görə təşəkkür edib və bildirib ki, basketbolun inkişafının qısa müddətli formulu yoxdur 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T12:35+0400
2021-12-14T12:35+0400
2021-12-14T12:35+0400
idman
təhsil naziri
basketbol federasiyası
emin əmrullayev
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:3071:1728_1920x0_80_0_0_af81dafd9118bc8ee8661d0259865c02.jpg
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.Emin Əmrullayev ona göstərilən etimada görə təşəkkür edib və bildirib ki, basketbolun inkişafının qısa müddətli formulu yoxdur: "Orta məktəblər və ali təhsil müəssisələrində basketbolun həyatın bir hissəsinə çevrilməsi bizim əsas hədəflərimizdən biridir. Digər idman növlərində olduğu kimi basketbolda da durğunluq olub: "Bunun da əsas səbəbi pandemiya idi. İlk 6 ay ərzində mediaya planlarla bağlı məlumat verəcəyik. Bu sahə planlaşdırılmış iş tələb edir. Milli komandanın neçə oyunçu arasından formalaşması da başqa mövzudur. 100, 1000 və 10000 nəfər arasından seçim ola bilər".Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.Xatırladaq ki, dekabrın 8-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Güləş Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. İclasda səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov dörd il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:2731:2048_1920x0_80_0_0_bf5cf6ddc4917ee32a27cf338915e10d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
təhsil naziri, basketbol federasiyası, emin əmrullayev
təhsil naziri, basketbol federasiyası, emin əmrullayev
Emin Əmrullayev yeni vəzifəyə təyin edildi
Emin Əmrullayev ona göstərilən etimada görə təşəkkür edib və bildirib ki, basketbolun inkişafının qısa müddətli formulu yoxdur
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.
Emin Əmrullayev ona göstərilən etimada görə təşəkkür edib və bildirib ki, basketbolun inkişafının qısa müddətli formulu yoxdur:
"Orta məktəblər və ali təhsil müəssisələrində basketbolun həyatın bir hissəsinə çevrilməsi bizim əsas hədəflərimizdən biridir. Digər idman növlərində olduğu kimi basketbolda da durğunluq olub: "Bunun da əsas səbəbi pandemiya idi. İlk 6 ay ərzində mediaya planlarla bağlı məlumat verəcəyik. Bu sahə planlaşdırılmış iş tələb edir. Milli komandanın neçə oyunçu arasından formalaşması da başqa mövzudur. 100, 1000 və 10000 nəfər arasından seçim ola bilər".
Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.
Xatırladaq ki, dekabrın 8-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Güləş Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. İclasda səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov dörd il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.