Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı şahmatçılar Avropa Çempionatında 5 medal qazanıblar

© Sputnik / Murad OrujovŞahmat, arxiv şəkli
Şahmat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Daha iki şahmatçımız - 15 yaşlı oğlanların qrupunda Şiroğlan Talıbov və 10 yaşlı oğlanların qrupunda Xaqan Əhməd yalnız final görüşlərində məğlub olaraq gümüş medalın sahibi olublar.
BAKI, 14 dekabr — Sputnik. İki mərhələdən ibarət Məktəblilərin onlayn Avropa Çempionatında şahmatçılarımız müxtəlif yaş qruplarında 5 medal qazanıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
13 yaşlı qızların yarışında Nərmin Abdinova final görüşündə 1.5:0.5 xal hesabı ilə rəqibi üzərində qələbə qazanaraq qızıl medalın sahibi olub. Daha iki şahmatçımız - 15 yaşlı oğlanların qrupunda Şiroğlan Talıbov və 10 yaşlı oğlanların qrupunda Xaqan Əhməd yalnız final görüşlərində məğlub olaraq gümüş medalın sahibi olublar.
Şəhriyar Məmmədyarov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2021
İDMAN
Azərbaycanlı şahmatçı FIDE reytinqinin ilk onluğunda yer alıb
11 və 10 yaşlı qızların yarışında müfaviq olaraq mübarizə aparan şahmatçılarımızdan Lalə Hüseynova və Əsnad Vəliyeva 3-cü nəticə göstərərək bürünc medalı qazanıblar. Ümumilikdə, final mərhələsində 9 şahmatçımız mübarizə aparıb.
Qeyd edək ki, çempionat iki mərhələ üzrə keçirilib. İlkin seçmə mərhələ 3-5 dekabr tarixləri arasında, final mərhələ isə 10-12 tarixlərində Tornelo oyun platformasında təşkil olunub. Hər qrupda (10,11,13,15 və 17 yaş qrupları) finala çıxan 8 iştirakçı, seçmə mərhələdə "10+3" nəzarət vaxtı ilə İsveçrə sistemi üzrə 7 turda, müəyyən olunub. Final mərhələsi isə Olimpiya sistemi ilə keçirilən "15'+10" nəzarət vaxtı ilə mini matçlardan ibarət idi.
Oyunların "anticheating" sistemi ilə yoxlanmasından sonra 15 dekabr tarixində çempionatın bağlanış mərasimi olacaq.
Xəbər lenti
0