Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yüzdən çox şəxsin cinayət işinə xitam verildi

© Sputnik / Murad OrujovAzərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il
Azərbaycanda cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, 3 dekabr 2021-ci il - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
BAKI, 13 dekabr — Sputnik. 2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu günün rəqəmi isə 140-dır.
Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
Eləcə də oxuyun:
* Amnistiya Aktının tətbiqi ilə bağlı statistika açıqlandı - əcnəbilər də var
* Azərbaycanda amnistiya aktı necə icra olunur
Xəbər lenti
0