https://sputnik.az/20211206/amnistiya-aktinin-tetbiqi-ile-bagli-statistika-aciqlandi---ecnebiler-de-var-437002915.html
Amnistiya Aktının tətbiqi ilə bağlı statistika açıqlandı - əcnəbilər də var
Amnistiya Aktının tətbiqi ilə bağlı statistika açıqlandı - əcnəbilər də var
Sputnik Azərbaycan
Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T18:00+0400
2021-12-06T18:00+0400
2021-12-06T18:00+0400
amnistiya
azərbaycan xəbərləri
"amnistiya aktı haqqında" qanun layihəsi
amnistiya aktı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929185_0:161:3071:1888_1920x0_80_0_0_8306fa91a2b62f25169e1bc60bb6426a.jpg
BAKI, 6 dekabr — Sputnik. Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "8 noyabr" – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bildirib.Onun sözlərinə görə, Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır"Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib", - o vurğulayıb.Amnistiya Aktının şamil olunduğu məhkumların yaş bölgüsü də açıqlanıb. Elnur Musayev bildirib ki, coğrafi baxımdan Amnistiya Aktı ən çox Bakı şəhərində tətbiq edilir. O qeyd edib ki, cəzaçəkmə müəssisələrinin böyük əksəriyyəti Bakıda yerləşir: "Amnistiya Aktının təxminən 58 %-i sırf Bakıda tətbiq olunub. Ən çox amnistiyanı tətbiq edən müəssisələr Bakı şəhər probasiya idarəsindədir".Amnistiya aktı xarici vətəndaşlara da tətbiq edilib. O bildirib ki, ümüumilikdə 16 xarici vətəndaşa tətbiq edilib: "8 Gürcüstan, 1 Rusiya, 2 Türkiyə, 4 İran, 1 Ukrayna vətəndaşına aministiya aktı tədbiq edilib. Bu günə qədər Amnistiya Aktı nəticəsində ümumilikdə 1921 nəfər azadlığa buraxılıb. İdarə rəisi qeyd edib ki, sözügedən rəqəmlər sabit deyil və dinamik şəkildə dəyişir".Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929185_170:0:2901:2048_1920x0_80_0_0_381b40e5703062b45bbd58b98c1b32a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
amnistiya, "amnistiya aktı haqqında" qanun layihəsi, amnistiya aktı
amnistiya, "amnistiya aktı haqqında" qanun layihəsi, amnistiya aktı
Amnistiya Aktının tətbiqi ilə bağlı statistika açıqlandı - əcnəbilər də var
Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir.
BAKI, 6 dekabr — Sputnik. Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "8 noyabr" – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bildirib.
Onun sözlərinə görə, Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır"Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub.
Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib", - o vurğulayıb.
Amnistiya Aktının şamil olunduğu məhkumların yaş bölgüsü də açıqlanıb. Elnur Musayev bildirib ki, coğrafi baxımdan Amnistiya Aktı ən çox Bakı şəhərində tətbiq edilir. O qeyd edib ki, cəzaçəkmə müəssisələrinin böyük əksəriyyəti Bakıda yerləşir: "Amnistiya Aktının təxminən 58 %-i sırf Bakıda tətbiq olunub. Ən çox amnistiyanı tətbiq edən müəssisələr Bakı şəhər probasiya idarəsindədir".
Amnistiya aktı xarici vətəndaşlara da tətbiq edilib. O bildirib ki, ümüumilikdə 16 xarici vətəndaşa tətbiq edilib: "8 Gürcüstan, 1 Rusiya, 2 Türkiyə, 4 İran, 1 Ukrayna vətəndaşına aministiya aktı tədbiq edilib. Bu günə qədər Amnistiya Aktı nəticəsində ümumilikdə 1921 nəfər azadlığa buraxılıb. İdarə rəisi qeyd edib ki, sözügedən rəqəmlər sabit deyil və dinamik şəkildə dəyişir".
Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.