Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İsveçrə Azərbaycan incəsənətinə dəstək verəcək

© AP Photo / Sait Serkan GurbuzMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
Bu ölkənin Azərbaycana dəstəyi ictimai maliyyə idarəçiliyinin gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də qadınların iqtisadi cəhətdən gücləndirilməsi sahələrinə fokuslaşmaqda davam edəcək.
BAKI, 13 dekabr — Sputnik. Bu gün "2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üzrə İsveçrə Əməkdaşlıq Proqramı"nın təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre və Missiya Rəhbərinin Müavini/İsveçrə Əməkdaşlıq Təşkilatının Rəhbəri Alberto Hernandez media nümayəndələrini proqram haqqında məlumatlandırıb.
İsveçrə Əməkdaşlıq Proqramı İsveçrənin beynəlxalq əməkdaşlığının Cənubi Qafqazda nail olmaq istədiyi məqsədləri təsvir edir:
"2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üçün İsveçrə Əməkdaşlıq Proqramı" 4 əsas sahəyə diqqət yetirəcək: 1) regionda vətəndaş cəmiyyəti fəaliyyəti və əməkdaşlığı; 2) demokratiyanın gücləndirilməsi və ictimai institutlar; 3) iqtisadi inkişafın yaxşılaşdırılması və layiqli iş yerlərinin yaradılması; 4) iqlim dəyişikliklərinə hazırlıqların gücləndirilməsi və resurs idarəetməsinin dayanıqlığı. Mümkün olduğu hər bir halda gender bərabərliyi və yaxşı idarəetmə Cənubi Qafqazda İsveçrə tərəfindən maliyyələşdirilən bütün layihələrdə nəzərə alınacaq".
Səfir qeyd edib ki, İsveçrənin Azərbaycana dəstəyi ictimai maliyyə idarəçiliyinin gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, aqrar sektorda maliyyəyə əlçatanlığın yaxşılaşdırılması, eləcə də qadınların iqtisadi cəhətdən gücləndirilməsi sahələrinə fokuslaşmaqda davam edəcək:
"Bu tematik mövzularla yanaşı, İsveçrə yerli QHT-lərin gender bərabərliyi, ətraf mühit və iqlim dəyişikliyi, inklüzivlik və rəqəmsallaşma kimi mövzularda kiçik təşəbbüslərini də maliyyələşdirməyi davam etdirəcək. Bunlardan başqa, İsveçrə böyük bir regional mədəniyyət və incəsənət proqramı çərçivəsində mədəniyyət layihələrinin maliyyələşdirilməsi ilə yerli Azərbaycan incəsənəti sahəsini də dəstəkləyəcək".
Vurğulanıb ki, bütün bu təşəbbüslər İsveçrənin Azərbaycandakı 20 illik fəaliyyətinin üzərində qurulacaq. Bu fəaliyyətin son nailiyyətləri arasında biznes mühitinin və maliyyəyə çıxışın yaxşılaşdırılması üçün Özəl Kredit Bürosunun və Daşınar Əmlakın Qeydiyyatının yaradılması, hökumət maliyyə statistikası və makroiqtisadi proqnozlaşdırma üzrə qabiliyyətlərin artırılması, eləcə də Sabirabad, Qusar və Bakının Xəzər rayonundakı üç qadın resurs mərkəzi vasitəsilə qadınların iqtisadi cəhətdən gücləndirilməsinin dəstəklənməsini qeyd etmək olar.
Həmçinin oxuyun:
Yaxın Şərq vektoru: 2021-ci il üçün çağırışlar və 2022-ci il üçün proqnoz
Daha yüksək səviyyədə görüş təşkil oluna bilər - Xələf Xələfov
Xəbər lenti
0