Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Brüssel və Kəlbəcər, Qərb "köhlən atlar"a qarşı və Yerin "Qara qutu"su

© Sputnik / Murad Orudjev"Qarabağ" FK-nın futbolçuları, arxiv şəkli
Qarabağ FK-nın futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
“Sputnik Azərbaycan” 7x7 rubrikasında həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir.
Ağ Evin çətiri
Çinin böyüyən iqtisadiyyatı, Rusiya-Türkiyə yaxınlaşması fonunda Suriya, Cənubi Qafqaz kimi bölgələrdə yeni reallıqların meydana gəlməsi ABŞ-ı öz oxu ətrafında yeni koalisiya yaratmağa məcbur edir: ötən həftə Ağ Ev tərəfindən keçirilən “Demokratiya sammiti”nin başqa adı yoxdur. İştirakçıların siyahısı təbəssüm yaradır: Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Nepal, Barbados, Panama, Surinam, Ermənistan... guya demokratiyaya və qlobal sülhə töhfə veriblər. Ermənistan və qlobal sülh – paradoksun apogey nöqtəsi!
O da bir mövzudur ki, Nikol Paşinyanın sammitdəki çıxışını erməni ictimaiyyəti bəyənməyib – “status”dan, “hərbi əsir”lərdən dəm vurmayıb, Azərbaycanın Ermənistan ərazisinə “keçməsi”ni diqqətə çatdırmayıb deyə. Paşinyan həvəskar diplomat olsa da, beyni yuyulmuş ermənilərdən daha ağıllıdır, reallığı dərk edir.
Brüssel və Kəlbəcər
"Dərk edir" deyirik, amma bir də görürük ki, Kəlbəcərdə təxribatlarla nəyəsə nail olmağa çalışır. Soçi görüşü ərəfəsində sərhəddə təxribatlar törədilmişdi, indi Brüssel görüşünə bir neçə gün qalır və yenə eyni ssenari. Guya münaqişə bitməyib, regionda qaynar ocaq var, onu söndürmək üçün regiona gəlmək lazımdır. Bu, həm də Rusiyaya qarşı sabotajdır. Bizə isə indiki vəziyyətdə Brüssel-filan lazım deyil – bişmiş aşımıza su tökəsi deyilik, məsələni böyük miqyasda həl etmişik, Avropa bizə ancaq tərəfdaş və neft və qazımızın alıcısı kimi maraqlıdır. Bir də gəzməyə-filan – turistik məkan kimi.
Ancaq Ermənistan bir faktı da hər halda unutmasa, yaxşı olar – dörd tərəfdən azərbaycanlılarla əhatə olunur: Azərbaycandan, İrandan, Qarsdan və Gürcüstandan.
Qərbin Qarabağ və “Qarabağ” dərdi
Qərbdə “Qarabağ” hansısa mənfi asossiasiya yaradır, deyəsən. Münaqişəni özbaşımıza və öz başımızla (eləcə də yumruğumuzla) həll etməyimiz kimlərisə əməllicə qıcıqlandırdı. “Qarabağ”ı futbol klubu kimi də həzm etməkdə çətinlik çəkirlər. İtaliyanın nəhəng “İnter”ini 7 il öncə Bakıda məğlub edirdik, Almeydanın 90-cı dəqiqədə vurduğu qol komandamızı növbəti mərhələyə çıxarırdı. Ancaq Çexiyadan olan referi təmiz qolu hesaba almadı. Analoji hadisə ötən həftə İsveçrədə “Bazel”lə oyunda yaşandı – ilk dəqiqələrdə “köhlən atlar”ın qolunu hakim görməzdən gəldi və komandamız bu demotivasiya ilə oyunu uduzdu. Düzdür, “Qarabağ” növbəti mərhələyə keçdi, ancaq qrup ikincisi kimi.
İranla yeni mərhələ
İran-Azərbaycan münasibətləri Aşqabadda dövlət başçılarının görüşündən sonra yeni mərhələyə keçdi. İndi ölkələr həm də qaz nəqlində səmərəli əməkdaşlıq edəcəklər – bununla bağlı saziş imzalandı.
Ermənistan bu görüntüləri gözüyaşlı izlədi, yəqin ki... Amma Tehranı da başa düşmək lazımdır, sanksiyalar, təcridolunma barı qonşularla münasibətləri normallaşdırmağı tələb edir. Cənub qonşumuz sanksiyaların təzyiqi altında güclə nəfəs alır. “Azad İran” Telegram kanalının məlumatına görə, ailələr ağır iqtisadi şərtlər altında uşaqlarını da əməyə cəlb edir: İranda işləyən uşaqların ümumi sayının 7 milyon olduğu təxmin edilir.
Bu arada İran Aviadaşıyıcıları Assosiasiyasının məlumatına görə, hazırda ölkədə təyyarələrin 50%-dən çoxu hissələrin, xüsusən də mühərriklərin çatışmazlığı səbəbindən uça bilmir.
Belə halda, çox da göydən getməyin nə mənası?!.
“Omikron” və Yerin “Qara qutu”su
Avropada “Omikron” həyəcanı artır. Virusun yeni ştammının yayılması ilə qadağalar da sərtləşdirilir.
Bəlkə də təsadüfi deyil: Avstraliyanın Tasmaniya adasının qərb sahilində 2022-ci ilin sonuna kimi “Yerin Qara Qutusu” quraşdırılacaq. Tasmaniya alimlərinin bu icadı Yerdə baş verənləri qeydə alaraq, növbəti nəsillərə bizim günahlarımızı çatdıracaq – daha gələcəkdə alimlər sivilizasiyanın niyə sona çatması üzərində çox baş sındırmayacaqlar.
İnsan ovu
Sivilizasiyanın sona çatması yalnız ekoloji problemlərdən qaynaqlanmayacaq. İlahi qüvvələr, yəqin ki, insanlığın tənəzzül göstəricilərini də nəzərə alacaqlar. Bakıda Sadiq Ovçiyev adlı gəncin rəhbərlik etdiyi dəstə insan ovuna çıxıbmış – müxtəlif vaxtlarda 12 nəfərə qarşı alçaldıcı hərəkətlər edərək telefona çəkib, onlardan müəyyən miqdarda pul alıblarmış. İndi ələ keçiblər – içəridə əməllərini təhlil etməyə çox vaxtları olacaq.
Qaxda isə qadının evinə gələn falçı ona cadu edildiyini deyərək, qızıllarını alıb, çıxıb aradan.
İnsan kimi yaşamağa gedərkən həlak olanlar
Bu il adam kimi yaşamaq istəyən və bunun üçün əsasən Qərb ölkələrinə üz tutan, lakin həyatını itirən miqrantların sayı 4500-ə yaxındır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2020-ci ildə bu silsilədən 4236 ölüm faktı qeydə alınmışdı.
ABŞ isə “Demokratiya sammiti” keçirir – insanlıq sammitinə daha çox gərək varkən...
Xəbər lenti
0