CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi binaların 5 mərtəbədən hündür tikilməsi qadağan olunub

© Sputnik / Murad OrujovBakıda bina tikintisi, arxiv şəkli
Bakıda bina tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
Əlilliyi olan şəxslər və ahıllar üçün nəzərdə tutulmuş evlərdə tullantıötürücü borunun quraşdırılması da vacib tələb kimi qoyulub.
BAKI, 13 dekabr — Sputnik. Qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır.
Əlilliyi olan şəxslər və ahıllar üçün nəzərdə tutulmuş evlərdə tullantıötürücü borunun quraşdırılması da vacib tələb kimi qoyulub.
Eləcə də oxuyun:
* Qazancın yarısı kirayəyə, yarısı mədəyə - İpotekaya pul qalmadı
* Qəzalı binaların sökülməsində qarşıdurma - Sakinləri tam köçürməmiş binanı dağıdırlar
* Ev tikənlərlə dana saxlayanlara qoyulan fərq: tikinti bazarı da "od tutub"
Xəbər lenti
0