https://sputnik.az/20211212/wikileaksin-qurucusu-hebsxanada-insult-kecirib-437179682.html
"WikiLeaks"in qurucusu həbsxanada insult keçirib
"WikiLeaks"in qurucusu həbsxanada insult keçirib
Sputnik Azərbaycan
Nişanlısı bildirir ki, Assanjın yaddaşında problem yaranıb. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T11:17+0400
2021-12-12T11:17+0400
2021-12-12T11:17+0400
dünya xəbərləri
insult
culian assanj
"wikileaks" saytı
https://cdnn1.img.sputnik.az/img/41640/90/416409010_0:0:2007:1128_1920x0_80_0_0_41c495a2ab03622e1f5505f9c1b2c768.jpg.webp
BAKI, 12 dekabr — Sputnik. "WikiLeaks"in qurucusu Culian Assanj Britaniya həbsxanasında insult keçirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə onun nişanlısı Stella Morris məlumat yayıb.Onun sözlərinə görə, insult oktyabrın 27-də Assanjın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın pisləşməsinə görə baş verib: "Onun sağ gözünün qapağı sallanıb, yaddaşında problem var və nevroloji zədələnmə müşahidə edilir. Assanjın beyni MRT-dən keçirilib və indi insult üçün dərman qəbul edir".Məlumata görə, Böyük Britaniya Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.Eləcə də oxuyun:* "WikiLeaks”in qurucusunu necə öldürməli? MKİ-nin qorxunc planının üstü açıldı* Culian Assanj altı ay sonra məhkəmədə göründü* ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41640/90/416409010_0:0:1799:1349_1920x0_80_0_0_805d02f30aae91f168dcbece4aeaa609.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
insult, culian assanj, "wikileaks" saytı
insult, culian assanj, "wikileaks" saytı
"WikiLeaks"in qurucusu həbsxanada insult keçirib
Nişanlısı bildirir ki, Assanjın yaddaşında problem yaranıb.
BAKI, 12 dekabr — Sputnik. "WikiLeaks"in qurucusu Culian Assanj Britaniya həbsxanasında insult keçirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə onun nişanlısı Stella Morris məlumat yayıb.
Onun sözlərinə görə, insult oktyabrın 27-də Assanjın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın pisləşməsinə görə baş verib: "Onun sağ gözünün qapağı sallanıb, yaddaşında problem var və nevroloji zədələnmə müşahidə edilir. Assanjın beyni MRT-dən keçirilib və indi insult üçün dərman qəbul edir".
Məlumata görə, Böyük Britaniya Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.
2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.
Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.