"WikiLeaks”in qurucusunu necə öldürməli? MKİ-nin qorxunc planının üstü açıldı

© Sputnik / Aleks Maknoton / Mediabanka keçidCulian Assanj, arxiv şəkli
Culian Assanj, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2021
Abunə olmaq
Kəşfiyyat idarəsi həmçinin “WikiLeaks” təşkilatına nəzarəti genişləndirmək, üzvləri arasında nifaq salmaq və elektron cihazlarını oğurlamaq niyyətində idi.
BAKI, 26 sentyabr - Sputnik. ABŞ administrasiyasının bir sıra rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək vəzifəli şəxsləri 2017-ci ildə “WikiLeaks”in qurucusu Culian Assanjın oğurlanması və hətta öldürülməsi ehtimalını müzakirə ediblər.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə “Yahoo News” portalı adı açıqlanmayan keçmiş məmurlara və əks kəşfiyyatla məşğul olan şəxslərə istinadən məlumat yayıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin Assanjı qaçırmaq planı, belə bir əməliyyatın qanuniliyi və praktikliyi ABŞ-ın o zamankı prezidenti Donald Trampın administrasiyasında qızğın müzakirələrə səbəb olub.
Qeyd olunub ki, Assanjın oğurlanması və ya qətlə yetirilməsi bağlı müzakirələr idarədə ən yüksək səviyyədə aparılıb.
Kəşfiyyat idarəsi həmçinin “WikiLeaks” təşkilatına nəzarəti genişləndirmək, üzvləri arasında nifaq salmaq və elektron cihazlarını oğurlamaq niyyətində idi.
Xatırladaq ki, bu il avqustun 11-də İngiltərə məhkəməsi "WikiLeaks"in qurucusunun intihar riski səbəbindən Vaşinqtona təhvil verilməməsi ilə bağlı Londonun etirazına iddia edən ABŞ-ın apellyasiyasını nəzərdən keçirib. İngiltərənin paytaxtında keçirilən dinləmə fonunda, həmin gün altı aydan çox müddətdə ilk dəfə məhkəməyə çıxan 50 yaşlı avstraliyalıya dəstək üçün mitinqlər keçirilib.
Bir müddət əvvəl məlum olub ki, məhkəmə Assanjı 2018-ci ildə aldığı Ekvador vətəndaşlığından məhrum edib. 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi jurnalistə qarşı 18 ittiham irəli sürüb, yalnız o, ABŞ-a təhvil verilsə, onu 175 il həbs cəzası gözləyə bilər. ABŞ-ın 45-ci prezidenti olan Donald Trump 2016-cı ildə Demokrat Partiyasının serverlərdən oğurlanmış məktubların mətnlərini ona kimin verdiyini söyləyərsə, Assanjı əfv edəcəyinə söz vermişdi.
Assanjın maraqlarını təmsil edən vəkil Karlos Poveda daha sonra müvəkkilinin qanuni olaraq Ekvador vətəndaşlığı almaq hüququna malik olduğunu əminliklə bildirib. O qeyd edib ki, Ekvador hakimiyyətinin qərarı sübutların toplanması zamanı "şübhəli siyasətçi olan" Pablo Selinin rəhbərlik etdiyi Baş Təftiş Komissiyasının hesabatına əsaslanıb. "Hazırda o, korrupsiya maddəsi ilə ittiham olunur və 18 cinayət işi üzrə saxlanılır", - deyə vəkil bildirib.
 
2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.
Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Həmçinin oxuyun: 
* Culian Assanj altı ay sonra məhkəmədə göründü
* London məhkəməsi Culian Assanjı ABŞ-a vermədi
Xəbər lenti
0