https://sputnik.az/20211212/naxcivan-ve-xankendiye-demiryolu-ne-zaman-cekilecek-437186335.html
Naxçıvan və Xankəndiyə dəmiryolu nə zaman çəkiləcək?
Naxçıvan və Xankəndiyə dəmiryolu nə zaman çəkiləcək?
Sputnik Azərbaycan
C.Qurbanov bildirib ki, Naxçıvana çəkiləcək yolla bağlı danışıqlar aparılır. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T17:07+0400
2021-12-12T17:07+0400
2021-12-12T17:07+0400
iqtisadiyyat
azərbaycan dəmir yolları
naxçıvan
xankəndi
horadiz
dəmir yolu
ağbənd qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/42377/28/423772820_0:160:3073:1888_1920x0_80_0_0_c59494c38cec76721868c3fc208c671c.jpg
BAKI, 12 dekabr - Sputnik. “Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir”.Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanov deyib. O bildirib ki, işləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar."40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər, yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq".C.Qurbanov həmçinin bildirib ki, Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Sədrin sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir: "Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq".Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir. C.Qurbanov bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır:"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesab edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar".Eləcə də oxuyun:* Zəngəzur dəhlizi üçün tunellər tikilir* Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir
ağbənd qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42377/28/423772820_170:0:2901:2048_1920x0_80_0_0_a2b352f309fa5018b7de059cb45133b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan dəmir yolları, naxçıvan, xankəndi, horadiz, dəmir yolu, ağbənd qəsəbəsi
azərbaycan dəmir yolları, naxçıvan, xankəndi, horadiz, dəmir yolu, ağbənd qəsəbəsi
Naxçıvan və Xankəndiyə dəmiryolu nə zaman çəkiləcək?
C.Qurbanov bildirib ki, Naxçıvana çəkiləcək yolla bağlı danışıqlar aparılır.
BAKI, 12 dekabr - Sputnik. “Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir”.
Sputnik Azərbaycan
APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Dəmir Yollarının sədri
Cavid Qurbanov deyib. O bildirib ki, işləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.
"40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər, yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq".
C.Qurbanov həmçinin bildirib ki, Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Sədrin sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir: "Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq".
Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir. C.Qurbanov bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır:
"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesab edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar".