Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hərbi və fövqəladə vəziyyət dövründə jurnalistlərin fəaliyyəti müəyyən edilir

© AP Photo / Anjum NaveedПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
BAKI, 10 dekabr — Sputnik. Hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyət qaydası yeni qanun layihəsi ilə müəyyənləşir.
Sputnik Azərbaycan-ın məlumatına görə, yeni hazırlanan "Media haqqında" qanuna əsasən, hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq "Hərbi vəziyyət haqqında" və "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Qanun layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi isə əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Qanun layihəsində qeyd edilir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
Terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Qeyd edək ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Layihəyə görə, kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılan, media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan ələt və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir. Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.
Həmçinin oxuyun:
"Media haqqında" qanun layihəsində nələr var?
Xəbər lenti
0