https://sputnik.az/20211210/putin-rusiya-ile-bagli-2-min-erazi-iddiasi-var-437138147.html
Putin: Rusiya ilə bağlı 2 min ərazi iddiası var
Putin: Rusiya ilə bağlı 2 min ərazi iddiası var
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, indi Sovet İttifaqı dövründən fərqli olaraq heç kimin vahid dövlətdən çıxmaq hüququ yoxdur. 10.12.2021, Sputnik Azərbaycan
2021-12-10T15:26+0400
2021-12-10T15:26+0400
2021-12-10T15:26+0400
putin
rusiya
ərazi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434592360_0:160:3072:1888_1920x0_80_0_0_c97ed1104e9c7346b7ae9224796dc6c6.jpg
BAKI, 10 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyəti və İnsan Haqlarının İnkişafı Şurasının iclasında çıxışı zamanı RF daxilində, o cümlədən, regionlar arasında ərazi iddialarının müzakirəsinə çox ehtiyatla yanaşmağı tövsiyə edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb."Siz deyirsiniz ki, bizimlə yaşamaq istəməyənləri buraxaq getsinlər, haradan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim yox?", – deyə o sual edib.Putinin sözlərinə görə, bu mövzuda istənilən qədər mübahisə aparmaq olar, ancaq insanların böyük əksəriyyəti başqa cür hərəkət etsələr, nə ilə qarşılaşacaqlarını bilirlər.O, Sokurovun müasir Rusiya subyektlərinin milli xarakter daşımasına dair fikirləri ilə razılaşıb, bununla belə qeyd edib ki, indi Sovet İttifaqı dövründən fərqli olaraq, "heç kimin vahid dövlətdən çıxmaq hüququ yoxdur"."Sizi inandırıram ki, bütün bunlar təhlükəli oyuncaqlardır, biz artıq bunu keçmişik. Bizim yaşda olan insanlar müharibəyə getməyəcək", - deyə Putin əlavə edib."1990-cı illərin ortalarında yaşanan qanlı dövr bütün bunların nə ilə nəticələnə biləcəyini göstərdi. Məgər siz bunu istəyirsiniz? Biz istəmirik", - deyə Putin fikirlərini yekunlaşdırıb.Həmçinin oxuyun:Putin: Miqrantlar Rusiyaya gələndə rus dilini və qanunları bilməlidirlərQərb Putinin SSRİ-ni bərpa edəcəyindən qorxur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434592360_171:0:2902:2048_1920x0_80_0_0_606863bb93c204c61cdbb5d96274e9ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, ərazi
Putin: Rusiya ilə bağlı 2 min ərazi iddiası var
Rusiya prezidenti bildirib ki, indi Sovet İttifaqı dövründən fərqli olaraq heç kimin vahid dövlətdən çıxmaq hüququ yoxdur.
BAKI, 10 dekabr — Sputnik. Rusiya prezidenti
Vladimir Putin Vətəndaş Cəmiyyəti və İnsan Haqlarının İnkişafı Şurasının iclasında çıxışı zamanı RF daxilində, o cümlədən, regionlar arasında ərazi iddialarının müzakirəsinə çox ehtiyatla yanaşmağı tövsiyə edib.
Sputnik Azərbaycan bu barədə
Rusiya mediasına istinadla məlumat yayıb.
"Bizim ölkə üzrə iki min ərazi iddiası var, buna çox ciddi yanaşmaq lazımdır, özümüzə problem yaratmayaq", – deyə Putin kinorejissor Aleksandr Sakurovun bu mövzuda söylədiyi sözlərə cavab olaraq bildirib.
"Siz deyirsiniz ki, bizimlə yaşamaq istəməyənləri buraxaq getsinlər, haradan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim yox?", – deyə o sual edib.
Putinin sözlərinə görə, bu mövzuda istənilən qədər mübahisə aparmaq olar, ancaq insanların böyük əksəriyyəti başqa cür hərəkət etsələr, nə ilə qarşılaşacaqlarını bilirlər.
"Xüsusən də, çeçen xalqı bunu Qafqazda hamıdan yaxşı bilir. Yoxsa Yuqoslaviya variantının bizim ölkəmizdə də təkrarlanmasını istəyirsiniz?", – deyə Putin dəqiqləşdirmə aparıb.
O, Sokurovun müasir Rusiya subyektlərinin milli xarakter daşımasına dair fikirləri ilə razılaşıb, bununla belə qeyd edib ki, indi Sovet İttifaqı dövründən fərqli olaraq, "heç kimin vahid dövlətdən çıxmaq hüququ yoxdur".
"Sizi inandırıram ki, bütün bunlar təhlükəli oyuncaqlardır, biz artıq bunu keçmişik. Bizim yaşda olan insanlar müharibəyə getməyəcək", - deyə Putin əlavə edib.
"1990-cı illərin ortalarında yaşanan qanlı dövr bütün bunların nə ilə nəticələnə biləcəyini göstərdi. Məgər siz bunu istəyirsiniz? Biz istəmirik", - deyə Putin fikirlərini yekunlaşdırıb.