Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Miqrantlar Rusiyaya gələndə rus dilini və qanunları bilməlidirlər

© Photo : Sputnik/Vladimir Smirnov/Pool via REUTERSVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Rusiya prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı MDB ölkələri ilə geniş məzmunlu danışıqlar aparır.
BAKI, 9 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, miqrantlar artıq Rusyaya gəldikləri vaxt rus dilini və bu ölkənin qanunvericiliyini bilməlidirlər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Putin bu bəyanatı Vətəndaş Cəmiyyəti və İnsan Haqlarının İnkişafı Şurasının iclasında çıxışı zamanı səsləndirib.
Rusiya lideri MDB ölkələri ilə birlikdə bu məsələ üzərində işləməyə ehtiyac olduğunu da qeyd edib:

"Bizim ölkəmizə işləməyə gəlmək arzusunda olan insanların hələ öz vətənlərində ikən buna hazırlaşmaları, dili, qanunvericiliyimizi, adət-ənənələrimizi öyrənmələrinə, öz hüquqlarını bilmələrinə çalışmaq lazımdır. Onlar bilməlidirlər ki, bizim ictimai təşkilatlar və dövlət qurumları Rusiyanın qanun-qaydalarına əməl olunması baxımından onlardan nə tələb edəcəklər".

Putin deyib ki, Rusiya bu məsələ ilə bağlı MDB ölkələri ilə geniş məzmunlu danışıqlar aparır.
"Belə danşıqlardan biri bu yaxınlarda Özbəkistan prezidentinin ölkəmizə səfəri zamanı baş tutdu. O bildirdi ki, ölkəsi Rusiyaya gələn vətəndaşlarının burada işləməyə hazır olmalarında maraqlıdır. Eləcə də, dövlət orqanları bu prosesə kömək etməyə hazır olmalıdırlar. Bizim digər tərəfdaşlarımızla da bu cür iş təşkil olunur", – deyə Rusiya Prezidenti əlavə edib.
Xəbər lenti
0