CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad olunan ərazilərdən metal aparmaq istəyən şəxslər həbs edilib

© pixabay / AlexandraDəmir
Dəmir - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər
BAKI, 10 dekabr — Sputnik. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Sputnik Azərbaycan-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda "Shacman" markalı nəqliyyat vasitəsinə "saxla" işarəsi verilib.
Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.
Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.
Həmçinin oxuyun:
Masallıda əlvan metallar və pul oğurlayan şəxslər ələ keçdi
Xəbər lenti
0