Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lerikdə dağ-meşə ərazisində yanğın olub

© Sputnik / Rashad KeremogluAğsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın
Ağsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın   - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahə yanıb.
BAKI, 9 dekabr — Sputnik. Lerikdə dağ-meşə ərazisində yanğın olub.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.
Qeyd edək ki, avqust ayında Lerikin müxtəlif meşə-dağ massivlərində güclü yanğınlar olmuşdu. Sonuncu fəlakət zamanı Soru kəndində 15 hektar ərazidə ağaclar yanmışdı.
Eləcə də oxuyun:
* Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb
* Qubada məktəb binası külə dönüb
* Ağcabədidə faciə: Gənc ailənin üç üzvü gecə yuxuda olarkən öldü
Xəbər lenti
0