Ağcabədidə faciə: Gənc ailənin üç üzvü gecə yuxuda olarkən öldü
© Sputnik / Emin AlisahibAğcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Ağcabədi rayonunun Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı, 4 nəfəri xilas etmək mümkün olsa da, 3 nəfər tüstüdən boğularaq ölüb.
BAKI, 2 dekabr — Sputnik. Ağcabədi rayonunun Hindarx qəsəbəsində gecə saatlarında bir evdə yanğın hadisəsi baş verib.
Həmin vaxt evin 7 sakini yuxuda olub. Hadisə şahidlərinin sözlərinə görə, evdən çıxan alovu ilk olaraq qonşular görüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib. Həyətə keçən qonşular birinci mərtəbədə yaşayan 4 nəfəri yanğından xəbərdar edərək xilas edə biliblər. İkinci mərtəbəyə qalxan pilləkəni alov aldığından, hadisə yerinə gələnlər müdaxilə edə bilməyib.
Pəncərələr dəmir məhəccərlə örtülü olduğundan, içəri daxil olmaq da mümkünsüz olub. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Ağdam və Ağcabədi Yanğınsöndürən bölməsinin əməkdaşları, eyni zamanda Qarabağ Regional Mərkəzinin xilasediciləri dəmir məhəccəri sökərək içəri daxil olanda isə artıq gec olub.
© Sputnik / Emin AlisahibAğcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
Ağcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
© Sputnik / Emin Alisahib
Tüstü boğulmasından 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, Kərimova Halə İsa qızı və onların azyaşlı övladı Kərimov Pünhan Miri oğlu həyatını itirib. Hadisənin şahidi Allahverdi Kərimov bildirib ki, yanğın gecə saat 1 raddələrində başlayıb.
"Gecə saat bir radələrində xəbər tutduq ki, ev yanır. Biz gəldik, yanğınsöndürənlər də vaxtında gəldilər. Amma nə fayda? Ev yanmışdı, uşaqlar da tüstüdən zəhərlənərək rəhmətə getmişdilər. İlkin ehtimal ya qaz sızması ola bilər. Gecə işıqlar da yanmırdı".
© Sputnik / Emin AlisahibAğcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
Ağcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
© Sputnik / Emin Alisahib
İlkin ehtimallara görə hadisə qaz sızması səbəbindən baş verib. Çünki yerli sakinlər həmin vaxtı ümumiyyətlə ərazidə elektrik verilişinin dayandığını, işıqların söndüyünü bildiriblər. Müsahibimiz Allahverdi Kərimovun sözlərinə görə, ehtimal edilir ki, evə qaz dolub, işıq yananda isə partlayış baş verib:
"Biz elə başa düşürük ki, qaz sızması səbəbindəndir. Amma arada bir dəfə işıq yandı, söndü. Biz fikirləşirik ki, elə həmin vaxtı evə qaz dolub. İşıq da yanan kimi qaz sızmasından partlayış baş verib. Çünki, həmin vaxtı işıqlar bir dəfə yanıb-söndü. Güman ki, işıq verilən an partlayış olub".
© Sputnik / Emin AlisahibAllahverdi Kərimov
Allahverdi Kərimov
© Sputnik / Emin Alisahib
Allahverdi Kərimovun fikrincə, yanğın evin mətbəxindən başlayıb. Bu səbəbdən də hadisənin baş verdiyindən ailə üzvüləri gec xəbər tutublar.
"Bu, onların vaxtında xilas olmasına mane olub. İçəridən də çıxa bilməyiblər, yatmış vəziyyətdə olublar. Onlara yanğın olduğunu qonşular xəbər veriblər. Rəhmətə gedən oğlanın ata-anası qarşıdakı evdə olurlar. Onlar yanğın zamanı evdən çıxa biliblər. Amma oğlangilin yaşadığı evin pəncələrində dəmir barmaqlıqlar olduğundan, onlar çıxa bilməyiblər və tüstüdən boğulublar".
© Sputnik / Emin AlisahibAğcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
Ağcabədinin Hindarx qəsəbəsində Kərimovlara məxsus fərdi yaşayış evində baş verən yanğının nəticəsi
© Sputnik / Emin Alisahib
Bütün sadalanan faktlar ilkin ehtimallardır. Yanğının başvermə səbəbi hələlik dəqiq məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma başlanıb. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.