DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan parlamentinin sədri müxalif deputatı məhkəməyə verdi

© Sputnik Асатур Есаянц / Mediabanka keçidAlen Simonyan
Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Pulu ödəyəcək və parlamentin tribunasından mənim barəmdə deyilənləri təkzib edəcək - tələb belədir.
BAKI, 9 dekabr — Sputnik. Ermənistan parlamentinin sədri Alen Simonyan müxalif "Hayastan" blokunun deputatı Areqnaz Manukyanı məhkəməyə verib. Sputnik Ermənistan xəbər verir ki, bunu Simonyan parlamentin iclası zamanı bildirib.
"Bir az əvvəl mən haqqımdakı yalan ittihamlarla bağlı iddia yazdım. Xanım Manukyan son 3 ayda 4 cümlə əzbərləyib və onların yerlərini dəyişib təkrarlayır - asfalt, Yunanıstan, mərc kontoru. Bir gün mən də sizin liderinizin yunan adalarındakı macəralarından danışacam. Mən şəxsimlə bağlı şeylərə toxunmayacam, ancaq onlar elə maraqlı şeylər danışırlar ki... Mən onların səviyyəsinə düşməyəcəm".
Qeyd edək ki, daha əvvəl Manukyan Simonyanı büdcə vəsaitləri hesabına varlanmaqda ittiham edib. Manukyanın sözlərinə görə, Alen Simonyan qardaşının direktoru olduğu "Euroasfalt" şirkəti yol tikintisi üçün dövlət tenderlərində qalib gəlib və bununla da Alen Simonyan özü də varlanıb.
"Xanım Manukyan öz sözlərini məhkəmədə sübut etməli olacaq, əks halda pulu ödəyəcək və parlamentin tribunasından mənim barəmdə deyilənləri təkzib edəcək", - Simonyan bildirib.
O, Manukyanın dediklərini yalan adlandırıb və deputatları konstruktiv meydanda qalmağa çağırıb.
Eləcə də oxuyun:
* Ermənistanda seçki saxtakarlığı: Kriminal avtoritetlər də işə qarışıb
* Azərbaycan və Ermənistanın XİN rəhbərləri niyə görüşmədi? - Rəsmi açıqlama
* Rusiyanın Ermənistandakı səfiri geri çağırılacaq
Xəbər lenti
0