https://sputnik.az/20211204/azerbaycan-ve-ermenistanin-xn-rehberleri-niye-gorusmedi-resmi-baki-detallari-aciqladi-436955894.html
Azərbaycan və Ermənistanın XİN rəhbərləri niyə görüşmədi? - Rəsmi açıqlama
Azərbaycan və Ermənistanın XİN rəhbərləri niyə görüşmədi? - Rəsmi açıqlama
Sputnik Azərbaycan
Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etməyib. 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T14:07+0400
2021-12-04T14:07+0400
2021-12-04T17:01+0400
siyasət
açıqlama
görüş
ermənistan
xin rəhbərləri
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42063/76/420637646_0:0:2001:1125_1920x0_80_0_0_6ae06c7654ec42e95c230ca735f14c2f.jpg
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Azərbaycan - Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmamasına münasibət bildirib.Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Sputnik Azərbaycan sorğusuna cavab olaraq bunları deyib:"Bildiyiniz kimi, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi. İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu-York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir".Həmçinin oxuyun:Yad təkliflər - Aİ-nin Azərbaycan-Ermənistan arasındakı proseslərə təsir imkanıCeyhun Bayramov Stokholmda həmkarlarına nədən danışdı?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/76/420637646_88:0:1861:1330_1920x0_80_0_0_254f5a7789211ee6e138db40c9785da0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
açıqlama, görüş, ermənistan, xin rəhbərləri, azərbaycan
açıqlama, görüş, ermənistan, xin rəhbərləri, azərbaycan
Azərbaycan və Ermənistanın XİN rəhbərləri niyə görüşmədi? - Rəsmi açıqlama
14:07 04.12.2021 (Yenilənib: 17:01 04.12.2021) Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etməyib.
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Azərbaycan - Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmamasına münasibət bildirib.
Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi
Leyla Abdullayeva Sputnik Azərbaycan sorğusuna cavab olaraq bunları deyib:
"Bildiyiniz kimi, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi. İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu-York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir".
Ceyhun Bayramov Stokholmda həmkarlarına nədən danışdı?