https://sputnik.az/20211209/azerbaycanda-koronavirus-xestelerinin-bu-metodla-mualicesi-dayandirilib-437112052.html
Azərbaycanda koronavirus xəstələrinin bu metodla müalicəsi dayandırılıb
Azərbaycanda koronavirus xəstələrinin bu metodla müalicəsi dayandırılıb
Sputnik Azərbaycan
TƏBİB bildirib ki, əhalinin koronavirus infeksiyasına qarşı vaksinasiyasından sonra bu müalicə metodundan ümumiyyətlə istifadə olunmur. 09.12.2021, Sputnik Azərbaycan
2021-12-09T22:46+0400
2021-12-09T22:46+0400
2021-12-09T22:46+0400
reanimasiya
səhiyyə
peyvənd
koronavirus
covid-19
təbib
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437024345_0:204:2916:1844_1920x0_80_0_0_ff32a1b697a46c1068e63813b979c7ef.jpg
BAKI, 9 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş beynəlxalq ekspertlər qrupunun qənaətinə görə, COVID-19 xəstəliyinə tutulmuş pasiyentlərin bədəninə əvvəllər koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi heç də səmərəli müalicə üsulu deyil və bundan ötrü resursları sərf etməyə dəyməz.ÜST bəyan edib ki, COVID-19 xəstəliyini keçirmiş insanların qanından ayrılan plazmaya çox ümid bəslənsə də, o, ağır xəstələrin süni ventilyasiya aparatına qoşulması zərurətini aradan qaldırmır və onların salamat qalmaq şansını artırmır. Plazma ilə müalicə çox bahalı metod olmaqla bərabər, xeyli vaxt tələb edir. Bu səbəbdən, ÜST xəstəliyin yüngül keçdiyi hallarda bu metoddan istifadə etməməyi təkidlə tövsiyə edir və əgər söhbət elmi tədqiqatlardan getmirsə, xəstəliyin ağır formalarında bu metoddan istifadə olunmasını məsləhət görmür.Tövsiyələr COVID-19-un yüngül, ağır və çox ağır formalarından əziyyət çəkən 16.236 pasiyentin iştirakı ilə 16 klinik sınağın nəticələrinə əsaslanır. Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib. Bu protokollar həkimlərin elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul etməsinə kömək edir.Qeyd edək ki, koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi müalicə metodundan ölkəmizdə də istifadə olunub. 2020-ci ilin aprel ayında TƏBİB bəyan etmişdi ki, immun plazma müalicəsi - COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur. Həmin ərəfədə könüllü donorlar müəyyən olunaraq növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur, gəlmək imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunaraq xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilirdi.TƏBİB bildirirdi ki, bütün dünyada ağır xəstələrə tətbiq edilən konvalesent plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün konvalesent plazma müalicəsi çox effektivdir.Sputnik Azərbaycan bu müalicə metodunun hazırda davam etdirilib-etdirilmədiyini araşdırıb.Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkəmizdə COVID xəstələrinə donorlardan götürülmüş anticisimli plazma köçürülməsi müalicə metodu dayandırılıb. Bu müalicə metodundan çox az müddət istifadə edilib. Əhalinin koronavirus infeksiyasına qarşı vaksinasiyasından sonra bu müalicə metodundan ümumiyyətlə istifadə olunmur.TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin üzvü, həkim infeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsinin effekt vermədiyi ölkəmizdə də sübuta yetirilib: "Pandemiyanın ilk vaxtlarında düşünülürdü ki, ağır koronavirus xəstələrinin müalicəsində anticisimli plazma köçürülməsi müalicə metodu səmərəli olacaq. Amma o zaman bununla bağlı ölkəmizdə tədqiqatı tamamladıq və məlum oldu ki, plazma müalicəsinin ağırlaşmış xəstələrin müalicəsində heç bir xeyri yoxdur. Bunun ardınca dünyada aparılan tədqiqatlar da bunu sübut etdi. Beləcə, bu müalicə üsulu dayandırıldı".Həmçinin oxuyun:* Koronavirus ştammlarının adlandırıldığı yunan hərfləri bitəndən sonra nə baş verəcək?* Yeni ştamma görə hansı ölkədən Azərbaycana giriş məhdudlaşdırıla bilər?* Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib* COVID-19 beyin hüceyrələrini zədələmir* ÜST-ün bölgə rəhbəri hiddətləndi: Bir il əvvəl nə baş verdiyini unutmağa başlayıblar* Ginsburq nazal peyvəndin xüsusiyyətlərini açıqladı
https://sputnik.az/20211201/yeni-stamma-gore-hansi-olkeden-azerbaycana-giris-mehdudlasdirila-biler-436816788.html
https://sputnik.az/20211205/koronavirus-stammlarinin-adlandirildigi-yunan-herfleri-bitenden-sonra-ne-bas-verecek--436968450.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437024345_93:0:2824:2048_1920x0_80_0_0_e8df4a8aa0aff6dbacf39fd1e0c8b2c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
reanimasiya, peyvənd, koronavirus, covid-19, təbib
reanimasiya, peyvənd, koronavirus, covid-19, təbib
Azərbaycanda koronavirus xəstələrinin bu metodla müalicəsi dayandırılıb
TƏBİB bildirib ki, əhalinin koronavirus infeksiyasına qarşı vaksinasiyasından sonra bu müalicə metodundan ümumiyyətlə istifadə olunmur.
BAKI, 9 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş beynəlxalq ekspertlər qrupunun qənaətinə görə, COVID-19 xəstəliyinə tutulmuş pasiyentlərin bədəninə əvvəllər koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi heç də səmərəli müalicə üsulu deyil və bundan ötrü resursları sərf etməyə dəyməz.
ÜST bəyan edib ki, COVID-19 xəstəliyini keçirmiş insanların qanından ayrılan plazmaya çox ümid bəslənsə də, o, ağır xəstələrin süni ventilyasiya aparatına qoşulması zərurətini aradan qaldırmır və onların salamat qalmaq şansını artırmır. Plazma ilə müalicə çox bahalı metod olmaqla bərabər, xeyli vaxt tələb edir. Bu səbəbdən, ÜST xəstəliyin yüngül keçdiyi hallarda bu metoddan istifadə etməməyi təkidlə tövsiyə edir və əgər söhbət elmi tədqiqatlardan getmirsə, xəstəliyin ağır formalarında bu metoddan istifadə olunmasını məsləhət görmür.
Tövsiyələr COVID-19-un yüngül, ağır və çox ağır formalarından əziyyət çəkən 16.236 pasiyentin iştirakı ilə 16 klinik sınağın nəticələrinə əsaslanır. Yeni tövsiyələr koronavirus infeksiyasının müalicəsinin daim yeniləşən protokolları çərçivəsində elan edilib. Bu protokollar həkimlərin elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul etməsinə kömək edir.
Qeyd edək ki, koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsi müalicə metodundan ölkəmizdə də istifadə olunub. 2020-ci ilin aprel ayında TƏBİB bəyan etmişdi ki, immun plazma müalicəsi - COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur. Həmin ərəfədə könüllü donorlar müəyyən olunaraq növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur, gəlmək imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunaraq xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilirdi.
TƏBİB bildirirdi ki, bütün dünyada ağır xəstələrə tətbiq edilən konvalesent plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün konvalesent plazma müalicəsi çox effektivdir.
Sputnik Azərbaycan bu müalicə metodunun hazırda davam etdirilib-etdirilmədiyini araşdırıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkəmizdə COVID xəstələrinə donorlardan götürülmüş anticisimli plazma köçürülməsi müalicə metodu dayandırılıb. Bu müalicə metodundan çox az müddət istifadə edilib. Əhalinin koronavirus infeksiyasına qarşı vaksinasiyasından sonra bu müalicə metodundan ümumiyyətlə istifadə olunmur.
TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin üzvü, həkim infeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus infeksiyasına yoluxmuş donorlardan götürülmüş anticisimli plazma köçürülməsinin effekt vermədiyi ölkəmizdə də sübuta yetirilib:
"Pandemiyanın ilk vaxtlarında düşünülürdü ki, ağır koronavirus xəstələrinin müalicəsində anticisimli plazma köçürülməsi müalicə metodu səmərəli olacaq. Amma o zaman bununla bağlı ölkəmizdə tədqiqatı tamamladıq və məlum oldu ki, plazma müalicəsinin ağırlaşmış xəstələrin müalicəsində heç bir xeyri yoxdur. Bunun ardınca dünyada aparılan tədqiqatlar da bunu sübut etdi. Beləcə, bu müalicə üsulu dayandırıldı".
*
ÜST-ün bölgə rəhbəri hiddətləndi: Bir il əvvəl nə baş verdiyini unutmağa başlayıblar