https://sputnik.az/20211125/koronavirusun-potensial-olaraq-en-tehlukeli-stammi-askar-edilib-436675281.html
Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib
Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib
Sputnik Azərbaycan
BAKI, 25 noyabr — Sputnik. Cənubi Afrikada "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529... 25.11.2021, Sputnik Azərbaycan
2021-11-25T23:32+0400
2021-11-25T23:32+0400
2021-11-25T23:32+0400
car
səhiyyə
yeni tip koronavirus pandemiyası
koronavirus
covid-19
epidemiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436675241_0:0:3029:1705_1920x0_80_0_0_dc25ea98f4a31d644b0dd903d74ce9eb.jpg
BAKI, 25 noyabr — Sputnik. Cənubi Afrikada "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istnadən xəbər verir ki, bu barədə "eNCA" yerli telekanalı məlumat yayıb.Bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.Daha sonra Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu da ölkədə hazırda 22 yoluxma halı qeydə alınaraq yeni ştammın aşkar edildiyini təsdiqləyib. "Hələlik bu barədə məlumat azdır, ancaq mütəxəssislərimiz yeni ştammı və onun potensial nəticələrini anlamaq üçün bunun üzərində işləyirlər", - deyə institutun icraçı direktor əvəzi Adrian Pyuren vurğulayıb.İnstitutdan bildirilib ki, yeni ştammların yaranmasından asılı olmayaraq insanlar peyvənd olunmalı, maska taxmalı, şəxsi gigiyena qaydalarına və sosial məsafəyə riayət etməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436675241_205:0:2936:2048_1920x0_80_0_0_e4d0caf213f3850abda1fc66fa0278b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
car, yeni tip koronavirus pandemiyası, koronavirus, covid-19, epidemiya
car, yeni tip koronavirus pandemiyası, koronavirus, covid-19, epidemiya
Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib
BAKI, 25 noyabr — Sputnik. Cənubi Afrikada "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istnadən xəbər verir ki, bu barədə "eNCA" yerli telekanalı məlumat yayıb.
Bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.
Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.
Daha sonra Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu da ölkədə hazırda 22 yoluxma halı qeydə alınaraq yeni ştammın aşkar edildiyini təsdiqləyib. "Hələlik bu barədə məlumat azdır, ancaq mütəxəssislərimiz yeni ştammı və onun potensial nəticələrini anlamaq üçün bunun üzərində işləyirlər", - deyə institutun icraçı direktor əvəzi Adrian Pyuren vurğulayıb.
İnstitutdan bildirilib ki, yeni ştammların yaranmasından asılı olmayaraq insanlar peyvənd olunmalı, maska taxmalı, şəxsi gigiyena qaydalarına və sosial məsafəyə riayət etməlidirlər.